Məhkəmə qərarları › İş №2(050)-3388/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3388/2025

06.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3388/2025 06.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2014-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X10 və X1 üçün hər ay hər 1 uşağa görə 100 manat, 3 uşağa görə cəmi 300 manat aliment X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X5 ilə 10 aprel 2018-ci il tarixdə Masallı Rayon Məhkəməsinin 2(050)-1009/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2014-ci il təvəlüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X10 onun himayəsinə verilmişdir. Lakin sonradan onların faktiki nikah münasibətinə girdikləri üçün xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Onun aliment tələbi olmadığı üçün uşaqlara məhkəmə qaydasında aliment müəyyən edilməmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında barışıq sazisi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşağların hər birisinə 100 manat, yəni 3 uşağa görə 300 manat saxlanması üçün aliment ödənilməsi barədə mediasiyada razılığa gəlmişlər. Hazırda gündəlik dolanışıq mənbəyi olmadığından 3 uşağın saxlanması üçün çətinlik çəkir. Özüdə heç yerdə işləmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, təmsil etdiyi şəxs onun qardaşıdır. Qardaşı alimenti ödəyəcək. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrdən görünür ki, 16 mart 2014-cü il təvəllüdlü X3, 18 avqust 2015-ci il təvəllüdlü X6 və 22 fevral 2020-ci il təvəllüdlü X7 atası Maraqlı şəxs, anası Ərizəçidır. atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 22 fevral 2020-ci il tarixdə Ərizəçi doğulmuş X7 atası hesab edilmişdir. Masallı Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(050)-1009/2018 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması haqqında iddiasının təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən bağlanmış 19 may 2014-cü il tarixli, 26 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 16 mart 2014-cü il təvəllüdlü X9 və 18 avqust 2015-ci il təvəllüdlü X12 adlı uşaqları anaları Ərizəçi yanında qalmaları qət edilmişdir. 18 avqust 2025-ci il tarixli, MŞM/MT036/2025-00816 saylı barışıq sazişindən görünür ki, 16 mart 2014-cü il təvəllüdlü X3, 18 avqust 2015-ci il təvəllüdlü X6 və 22 fevral 2020-ci il təvəllüdlü X7 yetkinlik yaına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, üç uşağa görə 300 amant sabit pul məbləğində aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 24 sentyabr 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 18 avqust 2025-ci il tarixli, MŞM/MT036/2025-00816 saylı barışıq sazişi təsdiq edilsin. 28 avqust 2025-ci ildən başlayaraq Maraqlı şəxs 16 mart 2014-cü il təvəllüdlü X3, 18 avqust 2015-ci il təvəllüdlü X6 və 22 fevral 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat (minimum əmək haqqının 0.25 misli), üç uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar