Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3413/2025 16.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Masallı rayonu, Yolağac kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə el adəti üzrə ailə həyatı qurmuşdur. Faktiki nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı iki qız uşaqları olmuşdur. Həyat yoldaşı Maraqlı şəxs ilə aralarında rəsmi nikah olmadığından, xx.xx.2019-cu il təvəllüdlü X6 üçün xx.xx.2019-cu il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 239 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi və xx.xx.2021-ci il təvəllüdlü X7 üçün xx.xx.2022-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 326 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Maraqlı şəxs xx.xx.2025-ci il tarixə Masallı 1 saylı Mediasiya təşkilatına uşaq, aliment, qızıl-ziynət və cehiz əmlakları tələbi barədə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə faktiki nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı övladları ilə ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin iyun ayından başlayaraq, gələn hər həftənin şənbə günü saat 18:00-da xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 anaları Maraqlı şəxs təhvil alıb yaşadığı evinə aparır və ertəsi günü saat 18:00-da geri qaytararaq, anaları Maraqlı şəxs təhvil verməyinə razılaşmaları barədə barışıq sazişi imzalamışlar. Razılaşdıqları barışıq sazişinə əsasən maraqlı şəxs ona uşaqları göstərmədiyinə görə o da barışıq sazişinə dair müəyyən edilmiş alimenti ödəmir. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Alimentə dair hissədə barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Ərizəçinin tələbi: Maraqlı şəxs ilə aralarında olan xx.xx.2025-ci il tarixli Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00456 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə faktiki nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı övladları ilə ünsiyyətdə olmaq məqsədi ilə 2025-ci ilin iyun ayından başlayaraq, gələn hər həftənin şənbə günü saat 18:00-da xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 anaları Maraqlı şəxs təhvil alıb yaşadığı evinə aparması və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq, anaları Maraqlı şəxs təhvil verməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin uşaqla ünsiyyət hissəsində təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini, barışıq sazişində müəyyən edilmiş şərtlərə uyğun olaraq ərizəçi ilə uşaqlarının ünsiyyətin təmin edilməsinə razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2025-00456 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər:
1. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 anaları Maraqlı şəxs yanında saxlanılmasına razılaşdılar.
2. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci tərəf Ərizəçi 2025-ci ilin iyun ayından etibarən hər növbəti ayın 15-dən 30-dək hər bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat alimentin ödənməsinə razılaşır və X3 alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Maraqlı şəxs ödəməyi öhdəsinə götürür.
3. 2-ci tərəf Ərizəçi uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin iyun ayından başlayaraq, gələn hər həftənin şənbə günü saat 18:00-da xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 anaları Maraqlı şəxs təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq anaları 1-ci tərəf Maraqlı şəxs təhvil verir.
4. Cehiz əmlakları barədə tələbə tərəflər öz aralarında razılığa gələcəkləri haqda qərar verdilər.
Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Atalığın müəyyən edilməsi haqqında arayışların surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs doğulmuş X7 və X4 atası hesab edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:
35. barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin birinci tərəfi Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə barışıq sazişində göstərilmiş şərtlər daxilində ünsiyyətinə şərait yaratmalı olsa da, buna əməl etməmiş, bu səbəbdən sazişin ikinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış MŞM/MT036/2025-00456 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi uşaqla ünsiyyətə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin.
1. “2-ci tərəf Ərizəçi uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin iyun ayından başlayaraq, gələn hər həftənin şənbə günü saat 18:00-da xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il əvəllüdlü X5 anaları Maraqlı şəxs təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq anaları 1-ci tərəf Maraqlı şəxs təhvil verir”. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova