Məhkəmə qərarları › İş №2(050)-3433/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3433/2024

04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3433/2024 04.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə anadan olmuş qardaşı X6 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə Masallı şəhərində anadan olmuş və hal-hazırda yuxarıdakı ünvanda qeydiyyatda olmaqla yaşayr. xx.xx.1975-ci ildə anadan olmuş X9 onun qardaşıdır. Qardaşı xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onlar el adəti qaydasında qardaşı X7 Masallı şəhər qəbristanlığında dəfn etmişlər. Onun həmin qəbristanlığında dəfn etməklərini şahidlər və verilmiş arayış təsdiq edir. Qardaşının başdaşı vardır, həmin daşın üzərində onun doğum və ölüm tarixi, adı, soyadı, ata adı və fotoşəkili qeyd edilmişdir, ərazi icra nümayəndəliyində ölüm barədə arayışı vardır. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək bildridi ki, təmsil etdiyi şəxs hazırda Rusiya Federasiyasındadır. Mərhum qardaşı subay olmuş və övladları olmamışdır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nümayəndə onun əmisi gəlinidir. Onlar üç bacı və bir qardaş olmuşlar. Onların qardaşı 25 yanvar 1975-ci il təvəllüdlü Ədalət adlı qardaşları 2019-cu ilin iyun ayında vəfat etmiş və Masallı şəhər qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nümayəndə əridir. Onlar üç bacı və bir qardaş olmuşlar. Onların qardaşı 25 yanvar 1975ci il təvəllüdlü Ədalət adlı qardaşları 2019-cu ilin iyun ayında vəfat etmiş və Masallı şəhər qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, xx.xx.1975-ci ildə Masallı rayonunda doğulmuş X6 atası X11, anası X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci ildə Masallı rayonunda doğulmuş X4 atası X11, anası X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci ildə Masallı rayonunda doğulmuş X2 atası X10, anası X3r. Masallı Regional “ASAN Xidmət” X1 xx.xx.2024-cü il tarixli, 05/09İS/088295-24 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1975-ci il təvəllüdlü X8 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlı vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Regional “ASAN Xidmət” X5 tərəfindən ərizəçiyə verilmiş məktubdan görünür ki, X6 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18.1.60/3-1750/2024 nömrəli arayışdan görünür ki, X9 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 2276 saylı arayışdan görünür ki, X9 27 iyun 2019-cu il tarixdə vəfat etmiş və Masallı şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X9 xx.xx.1975-ci ildə doğulmuş, xx.xx.2019-cu ildə vəfat etmiş, Masallı şəhər qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X6 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, xx.xx.1975-ci il tarixdə anadan olmuş X6 xx.xx.2019-cu il tarixdə ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 yanvar 1975-ci il tarixdə anadan olmuş X6 27 iyun 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar