Məhkəmə qərarları › İş №2(050)-3475/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3475/2024

21.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3475/2024 21.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs X3 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs X3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X5 ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞB/MT013/2024-00035 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 175 manat, 2 uşağa görə cəmi 350 manat alimentin X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Lakin nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X6 və xx.xx.2017-ci ildə X7 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Rəfael uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Rəfael ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞB/MTO13/2024-00035 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 175 manat, iki uşağa görə cəmi 350 manat alimenti ona özü ödəyəçəkdir. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayının 01-05 tarixlərində ödəməsinə öhdəlik götürdü. Lakin Rəfael sazişi imzaladıqdan sonra 350 manatı ona ödəmədi. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında bildirdi ki, Maraqlı şəxs barışıq sazişi imzalandığı vaxtdan uşaqların saxlanılması üçün heç bir aliment ödəməmişdir. Ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(050)-1533/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «nikahın pozulması» tələbinə dair iddiasının təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında 28 dekabr 2012-ci il tarixdə Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsində 589 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından 11 sentyabr 2013-cü il təvəllüdlü X6 və 27 mart 2017-ci il təvəllüdlü X7 anası Ərizəçi yanında saxlanılmışlar. doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 11 sentyabr 2013-cü il təvəllüdlü X2 və 27 mart 2017-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü ildə mediasiya prosesində MŞB/13/2023-00035 saylı Barışıq Sazişindən görünür ki, tərəflər razılaşır ki, 28 dekabr 2012-ci il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi, 044498 №-si ilə qeydiyyta alınmış) nikah davam etdirilməlidir. Tərəflər razılaşır ki, bu sazişin 1-ci bəndində qeyd edilmiş nikahdan 11 sentyabr 2013-cü il tarixində anadan olmuş X6 və 27 mart 2017-ci il tarixində anadan olmuş X7 anası Ərizəçi himayəsində saxlanılmalıdır. Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş 11 sentyabr 2013-cü il tarixində anadan olmuş X2 və 27 mart 2017-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Maraqlı şəxs hər ay üçün 350 (üç yüz əlli) manat aliment ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin 4 martdan başlayaraq hesablanır və hər ayın 1-5 tarixlərində ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin mart ayının 04-dən başalayaraq hər ayın 01-05-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 04 fevral 2023-cü il tarixli, MŞB/13/2023-00035 saylı barışıq sazişi təsdiq edilsin. 04 mart 2023-cü ildən başlayaraq X1 11 sentyabr 2013-cü il təvəllüdlü X2 və 27 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar