Məhkəmə qərarları › İş №2(050)-3499/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3499/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3499/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X5 xx.xx.1983-cü il tarixdə və X2nun xx.xx.1985-ci il tarixdə Masallı rayonu Ərəb kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1980-cı ildə Masallı rayonunda anadan olmuş və hazırda Ərəb kəndində qeydiyyatda olmaqla yaşayır. Zəruri sənədlərin düzəldilməsi ilə əlaqədar X18 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmişdir. Onlar ondan bacısı Həbibə Sadıqovanın və qardaşı Firdovsi Sadıqovun sənədlərini tələb etdilər. O, onlara bacısının və qardşının ölməsini bildirmişdir. Onlar ondan Qeydiyyat şöbəsindən ölüm şəhadətnaməsinin götürülməsini bildirdilər. Qeydiyyat şöbəsinə yaxınlaşaraq mərhumların ölüm şəhadətnaməsinin verilməsini xahiş etsə də, X5 və X4 ölümlərinin qeydə alınmaması barədə ona imtina məktubu verdilər. Onun mərhum bacısı X9 xx.xx.1982-ci ildə Ərəb kəndində doğulmuş və xx.xx.1983-cü ildə Ərəb kəndində də vəfat etmişdir. Mərhumu Ərəb kənd qəbirstanlığında dəfn etmişlər. X2 xx.xx.1983-ci ildə Ərəb kəndində doğulmuş və xx.xx.1985-ci ildə vəfat emişdir. Mərhumu Ərəb kənd qəbirstanlığında dəfn etmişlər. Bacı və qardaşının ölməsi faktını ərazi nümayəndəliyinin aktı, qəbrin foto şəkilləri və şahidlərdə təsdiq edə bilərlər. Həmçinin, ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X12nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisi oğludur. Ərizəçinin xx.xx.1982-ci il təvəllüdlü X9 və xx.xx.1983-cü il təvəllüdlü X8 adlı bacı və qardaşı var idi. X9 xx.xx.1983-cü ildə, X8 xx.xx.1985-ci il tarixlərdə vəfat etmişlər və Masallı rayonu, Ərəb kənd qəbiristanlığında dəfn edilmişlər. Onların yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi qohumudur. Onun xx.xx.1982-ci il təvəllüdlü X9 və xx.xx.1983-cü il təvəllüdlü X8 adlı bacı və qardaşı var idi. X9 xx.xx.1983-cü ildə, X8 xx.xx.1985-ci il tarixlərdə vəfat etmişlər və Masallı rayonu, Ərəb kənd qəbiristanlığında dəfn edilmişlər. Onların yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, 01 oktyabr 1982-ci il tarixdə Masallı rayonu, Ərəb kəndində doğulmuş X5 atası X10, anası X6r. Masallı Regional “ASAN Xidmət” X12 tərəfindən ərizəçiyə verilmiş məktubdan görünür ki, X5 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-1632/2024 nömrəli arayışdan görünür ki, X9 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Doğum haqqında arayışdan görünür ki, 30 noyabr 1983-cü il tarixdə Masallı rayonu, Ərəb kəndində doğulmuş X4 atası X10, anası X6r. Masallı Regional “ASAN Xidmət” X12 tərəfindən ərizəçiyə verilmiş məktubdan görünür ki, X4 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-1633/2024 nömrəli arayışdan görünür ki, X8 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli arayışlardan görünür ki, 30 noyabr 1983-cü il tarixdə Masallı rayonu, Ərəb kəndində doğulmuş X8 12 noyabr 1985-ci il tarixdə, 01 oktyabr 1982-ci il tarixdə Masallı rayonu, Ərəb kəndində doğulmuş X9 10 avqust 1983-cü il tarixdə vəfat etmişlər və Masallı rayonu, Ərəb kənd qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, ərizəçinin bacısı X3 rayonu, Ərəb kəndində xx.xx.1982-ci il tarixdə doğulmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Həmçinin ərizəçinin qardaşı X1 rayonu, Ərəb kəndində xx.xx.1983-cü ildə doğulmuş və xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Onlar Masallı rayonu, Ərəb kənd qəbiristanlığında dəfn edilmişlər. Onların ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 xx.xx.1983-cü ildə və X4 xx.xx.1985-ci ildə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, xx.xx.1982-ci il taixdə anadan olmuş X5 xx.xx.1983-cü il tarixdə və xx.xx.1983-cü il taixdə anadan olmuş taixdə anadan olmuş oğlunun xx.xx.1985-ci il tarixdə ölməsi faktları müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il taixdə anadan olmuş X5 xx.xx.1983-cü il tarixdə ölməsi və xx.xx.1983-cü il tarixdə anadan olmuş X4 xx.xx.1985-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar