Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3529/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X10, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7n xx.xx.2005-ci ildə, mərhum anası X1 isə xx.xx.2012-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu, Babaser kəndində yaşayır. Mərhum atası X19 1950-ci ildə, anası X8 isə 1946-cı ildə anadan olmuşdur. Lakin keçirmiş olduğu xəstəlikdən atası X19 xx.xx.2005-ci ildə, anası X8 isə xx.xx.2012-ci ildə vəfat etmişlər. X7 və anası X4 Masallı rayon Babaser kənd qəbirstanlığında dəfn eləmişlər. Mərhum atası X19 2005-ci ildə, anası X8 isə 2012-ci ildə vəfat edərkən Masallı rayon Mərkəzi xəstəxanasına bu barədə məlumat verə bilməmişlər. Buna görə onların ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Maraqlı şəxs mərhum atası X19 2005-ci ildə, anası X8 isə 2012-ci ildə ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda mərhum atası X19, anası X1 ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində ona lazım olduğundan əldə edə bilmir. Odur ki, mərhum atası X19 xx.xx.2005-ci ildə, mərhum anası X8 isə xx.xx.2012-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 15 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, mərhumlar onun həmkəndlisi olmuşdur. X9 03 sentyabr 2005-ci ildə, mərhum X8 isə 14 may 2012-ci ildə ölmüşdür. Mərhumlar Masallı rayonu Babaser kənd qəbristanlığında dəfn edilmişlər. O, da mərhumların dəfin və yas mərasimlərində iştirak etmişdir. 15 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, mərhumlar onun həmkəndlisi olmuşdur. X9 03 sentyabr 2005-ci ildə, mərhum X8 isə 14 may 2012-ci ildə ölmüşdür. Mərhumlar Masallı rayonu Babaser kənd qəbristanlığında dəfn edilmişlər. O, da mərhumların dəfin və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin ünmayəndəsinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Boradigah qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 595 nömrəli arayışda qeyd olunmuşdur ki, X9 xx.xx.2005-ci ildə, mərhum X8 xx.xx.2012-ci ildə vəfat etmiş və Babaser kənd qəbristanlığında dəfn edilmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 05/67-11 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X15 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 (X5) 07 iyun 1946cı ildə Astara rayonu, Şahağac kəndində anadan olmuşdur. X3, anası X6r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X19 03 sentyabr 1950-ci ildə Masallı rayonu, Babaser kəndində anadan olmuşdur. Atası ------ oğlu, anası X11r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X15 03 sentyabr 2005-ci il tarixdə, X1 14 may 2012-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 03 sentyabr 1950-ci ildə Masallı rayonu, Babaser kəndində doğulmuş X15 03 sentyabr 2005-ci ildə Masallı rayonu, Babaser kəndində ölməsi faktı müəyyən edilsin. 07 iyun 1946-cı ildə Astara rayonu, Şahağac kəndində doğulmuş X1 14 may 2012ci ildə Masallı rayonu, Babaser kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3529/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3529/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver