Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-358/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, ərizəçi X5 iştirakı ilə. Ərizəçi X5 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı, xx.xx.1974-cü il təvəllüdlü X1 25 noyabr 2023-cü il tarixdə vəfat etməsi faktının barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı, xx.xx.1974-cü il təvəllüdlü X4 25 noyabr 2023-cü il tarixdə vəfat edərək kənd qəbirastanlığmda dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum arvadı Rahilə Mustafayeva 25 noyabr 2023-cü il tarixdə vəfat etsə də, meyiti müayinə olunmadığından bu barədə müvafıq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi X7 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçinin arvadı olan mərhum X4 25 noyabr 2023-cü ildə ölmüşdür. Mərhum Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfin və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçinin arvadı olan mərhum X4 25 noyabr 2023-cü ildə ölmüşdür. Mərhum Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X7 ilə X4 arasında 08 oktyabr 2014-cü il tarixdə Maraqlı şəxsndə 544 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Təzə Alvadı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1336 nömrəli arayışda qeyd olunmuşdur ki, X4 25 noyabr 2023-cü ildə ölmüş və Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-60/2-1454/2023 nömrəli arayışda qeyd olunmuşdur ki, X4 barəsində Masallı rayon X6 Hüquqi şəxsinə ölüm aktı üçün müraciət daxil olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 3-16-5/8-213-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 25 noyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 10 avqust 1974-cü ildə Masallı ranunda doğulmuş X1 25 noyabr 2023-cü ildə Masallı rayonu Təzə Alvadı kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-358/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-358/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver