Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3584/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X2rşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X2rşı mərhum atası xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2002-ci ildə ürək çatışmazlığından vəfat etməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş rüsumdan görünür ki, 100 manat məbləğində dövlət rüsumu Masallı Rayon Məhkəməsinin hesabına deyil, digər məhkəmənin hesabına ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməyindən də geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, fakt o zaman məhkəmə tərəfindən təsdiq edilir ki, müraciət edən şəxs həmin faktı təsdiq edən sənədləri müvafiq orqandan əldə edə bilməsin və onun bərpası mümkün olmasın. Ərizəçinin hazırki ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, ərizəçi tərəfindən atası xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2002-ci ildə ürək çatışmazlığından vəfat etməsi ilə əlaqədar müvafiq dövlət orqanına müraciət etməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci, 263-264-cü maddəsinə əsasən, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X2rşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3584/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3584/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver