Məhkəmə qərarları › İş №2(050)-3623/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3623/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3623/2024 09.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il tarixdə anadan olmuş əri X4 xx.xx.2011-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1949-cu ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş və hal-hazırda yuxarıdakı ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1950-ci ildə anadan olmuş X11 onun əridir. Əri xx.xx.2011-ci il tarixdə ölmüşdür. Onlar el adəti qaydasında əri X8 Boradigah qəsəbə qəbristanlığında dəfn etmişlər. Onun həmin qəbristanlığında dəfn etməklərini şahidlər və verilmiş arayış təsdiq edir. Ərinin başdaşı vardır, həmin daşın üzərində onun doğum və ölüm tarixi, adı, soyadı, ata adı və fotoşəkili qeyd edilmişdir, ərazi icra nümayəndəliyinində ölüm barədə arayışı vardır. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən o, ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır, X11 onun əri olmuş, xx.xx.2011-ci il tarixdə ölmüşdür və Masallı rayonu, Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nümayəndə bacısıdır. X11 onun əri olmuş, xx.xx.2011-ci il tarixdə ölmüşdür və Masallı rayonu, Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, xx.xx.1950-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X4 atası X12, anası X1r. doğum haqqında arayışlardan görünür ki, xx.xx.1949-cu ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X2 və xx.xx.1954-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X5 anası X6r. nikah haqqında arayışdan görünür ki, X11 ilə X9 arasında 19 yanvar 1982-ci il tarixdə Masallı VVAQ Şöbəsində 04 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynov (a) soyadı verilmişdir. Masallı Regional “ASAN Xidmət” X3 xx.xx.2024-cü il tarixli, 05/09İS/088295-24 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1975-ci il təvəllüdlü X13 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlı vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Rayon Qeydiyyat Şöbəsinin 09 dekabr 2022-ci il tarixli, 1357 saylı arayışından görünür ki, X4 Masallı Rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/3-1841/2024 nömrəli arayışdan görünür ki, X11 barəsində Masallı MRX PHŞ-də ölməsi barədə hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masalı rayonu, Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 1073 saylı arayışdan görünür ki, X11 18 may 2011-ci il tarixdə vəfat etmiş və Masallı rayonu, Boradigah qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Masallı Regional “Asan Xidmət” X10 tərəfindən ərizəçiyə verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş əri X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X11 xx.xx.1950-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, 18 may 2011-ci il tarixdə vəfat etmiş və Masallı rayonu, Boradigah qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 18 may 2011-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, xx.xx.1950-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X4 18 may 2011-ci il tarixdə ölümün qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində doğulmuş X4 18 may 2011-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar