Məhkəmə qərarları › İş №2(050)-3685/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3685/2023

19.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3685/2023 19.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-01498 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2017-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2017-cı ildə X3 və xx.xx.2019-cu ildə X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Ələmdar uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Ələmdar ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-01498 saylı banşıq sazişi imzalanmışdır. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmış ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Ələmdar barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/M1014/2023-01498 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə X8 arasında 05 aprel 2021-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 02 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Cahangirova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X3 10 oktyabr 2017-cı ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X4 14 avqust 2019-cu ildə anadan olmuşdur. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli, MŞL/MT014/MŞL-01498 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxsdur. xx.xx.2017cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anası Ərizəçi yanında saxanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2017-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa görə 80 manat olmaqla, iki uşaqa görə 160 (bir yüz altmış) manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin iyun ayının 20-dən başlamaqla, hər ayın 20-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vaisitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 09 oktyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 17 iyun 2023-cü il tarixli, MŞL/MT014/MŞL-01498 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 iyun 2023-cü ildən başlayaraq Maraqlı şəxs 10 oktyabr 2017-cı il təvəllüdlü X1 və 14 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar