Məhkəmə qərarları › İş №2(050)-3687/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3687/2025

03.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3687/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 03 oktyabr 2025-ci il tarixdə keçirilmiş mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-01120 saylı barışıq sazişinin təsdiq edilməsi, 08 iyun 2016-cı il təvəllüdlü X2 və 23 dekabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimentin alınıb ona verilməsi, alimentin tutulmasının 01 may 2025-ci ildən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, lakin sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə onların 08 iyun 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X5 adlı iki övladı dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar, ayrıldıqdan sonra cavabdeh uşaqlara baxmadığından və onların gündəlik tələbatlarını qarşılamadığından uşaqlara özü baxmaq məcburiyyətində qalmışdır. Hazırda uşaqların bütün ehtiyaclarını və xərclərini o, təmin edir. Ayrıldıqdan sonra cavabdeh uşaqların saxlanması ilə bağlı vəzifələrini yerinə yetirmədiyindən alimentin ödənilməsi məqsədilə mediasiya orqanına müraciət etmişdir. Tərəflər 03 oktyabr 2025-ci il tarixdə keçirilmiş mediasiya prosesində MŞL/MT014/2025-01120 saylı barışıq sazişi imzalamışlar. Həmin sazişə əsasən cavabdeh Maraqlı şəxs işlədiyi və aylıq gəliri olduğu üçün iki uşağın saxlanılması məqsədilə hər ay hər bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Alimentin hesablanması 01 may 2025-ci ildən başlanmalı və hər ayın 10-da ödənilməli idi. Bundan əlavə, cavabdeh 01 may 2025-ci ildən 01 oktyabr 2025-ci il tarixinədək yaranmış borcu 10 oktyabr 2025-ci ilədək tam ödəməyi də, öhdəsinə götürmüşdür. Lakin cavabdeh müəyyən edilmiş müddət bitməsinə baxmayaraq barışıq sazişini icra etməmiş, öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq alimentin ödənilməsini tələb etmiş, lakin cavabdeh pulu olmadığını bəhanə edərək sazişi icra etməmişdir. Bu səbəbdən bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, Ərizəçi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞL/MT014/2025/-01120 saylı 03 oktyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri. 1) İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 08 iyun 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment pulunu ataları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür; 2) Tərəflər alimentin hesablanmasını 2025-ci ilin may ayının 01-dən başlanmasına razılaşdılar; 3) İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 01 may 2025-ci ildən 01 oktyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 oktyabr 2025-ci ildə ödəməyi öhdəsinə götürür; 4) Alimenti ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla sazişdə nəzərdə tutulmuş aylıq ödəniləcək aliment məbləğinin hər ayın 10-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, X1 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 03 oktyabr 2025-ci il tarixli, MŞL/MT014/2025/-01120 nömrəli barışıq sazişi aşağıdakı məzmunda, yəni: “1) İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 08 iyun 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment pulunu ataları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür; 2) Tərəflər alimentin hesablanmasını 2025-ci ilin may ayının 01-dən başlanmasına razılaşdılar; 3) İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 01 may 2025-ci ildən 01 oktyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 oktyabr 2025-ci ildə ödəməyi öhdəsinə götürür; 4) Alimenti ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla sazişdə nəzərdə tutulmuş aylıq ödəniləcək aliment məbləğinin hər ayın 10-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür” təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 03 oktyabr 2025-ci il tarixli, MŞL/MT014/2025/-01120 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1) İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 08 iyun 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment pulunu ataları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür; 2) Tərəflər alimentin hesablanmasını 2025-ci ilin may ayının 01-dən başlanmasına razılaşdılar; 3) İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 01 may 2025-ci ildən 01 oktyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 oktyabr 2025-ci ildə ödəməyi öhdəsinə götürür; 4) Alimenti ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla sazişdə nəzərdə tutulmuş aylıq ödəniləcək aliment məbləğinin hər ayın 10-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar