Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3706/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 29 oktyabr 1950-ci ildə doğulmuş X1 29 avqust 2008-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, əri X3 29 avqust 2008-ci ildə ölmüş və Cəlilabad rayonu Kazımabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum ərinin meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. İş üzrə alınmış izahatlar: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, 1988-ci ildə Cəlilabad rayonu Kazımabad kənd sakini Vəliqulla Hüseynovla ailə qurmuşdur. Əri 2008-ci ildə vəfat etdikdən sonra atası evinə, yəni Masallı rayonu ləngan kəndinə qayıtmışdır. Onların birgə nikahlarından övladları olmamışdır. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Cəlilbad Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi 30 ilə yaxındır ki onun qonşusudur. Telnaz onlara qonşu kənd olan Cəlilabad rayonu Kazımabad kənd sakini Vəliqulla Hüseynovla evlənmişdir. Telnazın əri Vəliqulla çoxdan vəfat edib. O, vəfat edəndən sonra Telnaz atası evinə qayıtmışdır. Vəliqullanın qardaşı da onların kəndindən evləndiyinə görə onu tanımış, onunla münasibəti olmuşdur. O, Kazımabad kəndində vəfat edib, o həmin kənddə də dəfn edilmişdir. Onun yas mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısı Telnaz onlara qonşu kənd olan Cəlilabad rayonu Kazımabad kənd sakini Vəliqulla Hüseynovla evlənmişdir. Onların uşaqları olmamışdır. Vəliqulla vəfat edən vaxt o, Rusiya Federasiyasında olmuşdur. Bu səbəbdən onun yas mərasimində iştirak etməmişdir. Vəliqulla Cəlilabad rayonu Kazımabad kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, X3 29 oktyabr 1950-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmuşdur. Onun atası X2, anası X7 qeyd edilmişdir. Nikah haqqında arayışdan görünür ki, X3 ilə X6 arasında 25 may 1988-ci il tarixdə Cəlilabad rayonu Muğan kənd ərazi nümayəndəliyində bağlanmış nikah, 72 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynov (a) soyadı verilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli, 18-1-60/2-H-9xx-xx-1006/2025 saylı arayışından görünür ki, X1 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar olunmamışdır. Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubundan görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə doğulmuş əri X1 ölümü Maraqlı şəxsndə aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyən edici sənədlər olmadığı üçün ölümün qeydə alınması Maraqlı şəxsndə mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X4” “29.X.1950-2008.29.Vİİİ” rəqəmləri və sözləri yazılmış və fotoşəkil həkk edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən olunur ki, X3 29 oktyabr 1950-ci ildə doğulmuş, 29 avqust 2008-ci ildə vəfat etmiş, Cəlilabad rayonu Kazımabad kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 29 avqust 2008-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X1 29 avqust 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 oktyabr 1950-ci ildə doğulmuş X1 29 avqust 2008-ci il tarixdə Cəlilabad rayonu Kazımabad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3706/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3706/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver