Məhkəmə qərarları › İş №2(050)-3734/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3734/2025

26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3734/2025 26.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Qardaşı 09 iyul 1986-cı il təvəllüdlü Ərizəçi 20 avqust 1988-ci il tarixdə vəfat edərək qəsəbənin Ramazanlı məhəllə qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Ərizəçinin tələbi: Mərhum qardaşı 09 iyul 1986-cı il təvəllüdlü Ərizəçi 20 avqust 1988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mərhum qardaşı 09 iyul 1986-cı il təvəllüdlü Ərizəçi 20 avqust 1988-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Ərizəçinin mərhum qardaşı Ərizəçi xx.xx.1988-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Bacısının ilk oğlu Ərizəçi yaşadığı evin eyvanından yıxılaraq 2 yaşında vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Qardaşının 1986-cı il təvəllüdlü oğlu Ərizəçi xx.xx.1988-ci il tarixdə yaşadığı evin eyvanından yıxılaraq vəfat etmişdir. Masallı rayon Ərkivan qəsəbəsi Ramazanlı qəbiristanlığında dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. X1, anası X6r. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. X1, anası X6r. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşı Ərizəçi ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2199 saylı arayışından görünür ki, Ərizəçi mərhum X1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1) X7 (arvadı xx.xx.1963-cü il); 2) Ərizəçi (oğlu xx.xx.1989-cu il); 3) X4 (qızı xx.xx.1985-ci il); 4) X5 (qızı xx.xx.1990-cı il); 5) Ərizəçi (xx.xx.1988-ci il tarixdə vəfat etmiş oğlu); Masallı rayon Ərkivan bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 242 nömrə ilə verilmiş arayışdan görünür ki, Ərizəçi qardaşı Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuş və 1988-ci il avqust ayının 20-də vəfat etmişdir. Ərkivan qəsəbəsi Ramazanlı qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-Ş-9xx-xx- 1011/2025 saylı məktubundan görünür ki, Ərizəçi ölməsi barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X16 hər hansı məlumat daxil olmamışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-Ş-31- 1155/2025 saylı məktubundan görünür ki, Ərizəçi ölməsi barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X16 hər hansı məlumat daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 mömrəli qərarının 1.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 9.3-cü bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1986-cı il tarixdə doğulmuş Ərizəçi xx.xx.1988-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Məhkəmə Ərizəçi ilə mərhum qardaşı Ərizəçi eyni ad, soyad, ata adı daşımasına münasibətdə əlavə araşdırma aparmış, əldə edilmiş Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və işdə olan digər sənədlər və şahid ifadələri ilə ərizədə qeyd edilənlərin doğruluğuna şübhəli hallar olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il tarixdə doğulmuş Ərizəçi xx.xx.1988-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə doğulmuş Ərizəçi xx.xx.1988-ci il tarixdə Masallı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar