Məhkəmə qərarları › İş №2(050)-3793/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3793/2024

25.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3793/2024 25.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişin təsdiq edilməsi və hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 15:00-dək xx.xx.2022-ci il təvəllüdlü X2 ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, oğlu X6 ilə Maraqlı şəxs 2021-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğu üçün ayrılmışlar və uşaq anası Maraqlı şəxs himayəsində yaşayır. Onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən o, nəvəsi X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment ödəməsinə öhdəlik götürmüşdür. Eyni zamanda ona nəvəsi X2 hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 15:00-dək ünsiyyət verilməsi barədə razılığa gəlmişlər. Həmin sazişin şərtləri onun tərəfindən icra olunsa da, Maraqlı şəxs icra etməmiş və uşaqla göürüşmək üçün şərait yaratmamışdır. Bununla da Maraqlı şəxs barışıq sazişinin icra olunmasından imtina etmişdir. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 08 fevral 2024-cü il tarixli, MŞM/MT-036/2024-00068 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Ərizəçi Almas oğlu bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə 150 (bir yüz əlli) manat aliment ödəməsinə öhdəlik götürür. Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X2 ikinci tərəf Ərizəçi Almas oğlunun həftənin şənbə və bazar günləri saat 13:00-dan 15:00 kimi vaxt verilməsinə razılıq verdi. İkinci tərəf Ərizəçi Almas oğlu bu sazişi imzaladıqdan sonra birinci tərəf Maraqlı şəxs aid olan cehiz əmlakının qaytarılmasına razılıq vermişdir. Alimentin köçürülməsi hər ayın 08-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə olacaqdır. Barışıq sazişi 08 fevral 2024-cü il tarixdən qüvvəyə minmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin birinci tərəfi olan Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X3 ikinci tərəf Ərizəçi Almas oğlu ilə həftənin şənbə və bazar günləri saat 13:00-dan 15:00-a kimi vaxt keşirməsinə (ünsiyyətdə olmasına) razılıq verdiyi halda buna əməl etməmiş, bu səbəbdən sazişin ikinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25 və 360-cı maddələrinin tələblərinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 fevral 2024-cü il tarixli, MŞM/MT-036/2024-00068 nömrəli barışıq sazişi təsdiq edilsin. Ərizəçi 19 yanvar 2022-ci il təvəllüdlü X5 adlı nəvəsi ilə hər həftənin şənbə və bazar günləri saat 13:00-dan 15:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar