Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3810/2025 06.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı ildə Masallı rayonu Ərəb kəndində doğulmuş X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Tağıyev X9 rayonunun Ərəb kəndində xx.xx.1959-cu ildə doğulmuşdur. X8 onun qardaşıdır və o, xx.xx.1976-cı ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. X2 11 sentyabr 2025-ci ildə vəfat etmiş və Masallı rayonunun Ərəb kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun ölümü ilə bağlı qeydiyyat aparılması üçün lazımı sənədləri (həkim arayışı və.s) vaxtında alınmadığına görə hal-hazırda ölüm faktınınm qeydə alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmasına baxmayaraq ona qardaşının ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X6 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Onun X2 11 sentyabr 2025-ci il tarixdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Onun X2 11 sentyabr 2025-ci il tarixdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, 01 dekabr 1976-cı il təvəllüdlü X4 atası X11, anası X3r. Doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü Ərizəçi anası X5r, atası qrafası boşdur. Masallı Regional “ASAN Xidmət” X6 rəyindən görünür ki, X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşin halları ilə müəyyən olunur ki, X1 rayonu, Ərəb kəndində 01 dekabr 1976-cı ildə doğulmuş, 11 sentyabr 2025-ci ildə Masallı rayonu, Ərəb kəndində vəfat etmiş və kənd qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 11 sentyabr 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 01 dekabr 1976-cı il tarixdə anadan olmuş X4 11 sentyabr 2025-ci il tarixdə Masallı rayonu, Ərəb kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 dekabr 1976-cı il tarixdə anadan olmuş X4 11 sentyabr 2025-ci il tarixdə Masallı rayonu, Ərəb kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(050)-3810/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3810/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver