Məhkəmə qərarları › İş №2(050)-3816/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3816/2024

26.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3816/2024 26.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X4 və xx.xx.2015-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Aralarında xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00276 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişi bağlanan zaman Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi barışıq sazişinin tələblərinə əməl edilməmişdir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00276 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat alimentin sonuncudan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024-00276 saylı, 29 mart 2024-cü il tarixli barışıq sazişində göstərilir: Tərəflər, Ərizəçi və Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Tərəflər aralarında ailə daxili narazılıqlar yarandığı üçün ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Tərəflər “Nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbi” ilə Könüllü Mediasıya sessiyası keçirməsi üçün mediasiyaya müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərlə həmin mübahisə üzrə tam mediasiya sessiyası keçirilmişdir. Mediasiya prosesi zamanı tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlməmişdirlər. Birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Ərizəçi himayəsində saxlanmasına razılaşmışdırlar. Tərəflər uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 75 (yetmiş beş) manat iki uşağa cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment ödənilməsini müəyyən etdilər. İkinci tərəf Maraqlı şəxs 2024-cü ilin aprel ayından başlayaraq gələn hər növbəti ayda 150 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. Masallı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, barışıq sazişində iş nömrəsi yalnışlıqla MŞM/MT036/2024-00276 əvəzinə MŞM/MT036/2023-00276 kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2013-cü ildə, X5 xx.xx.2015-ci ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşağa 75 manat, cəmi 150 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 noyabr 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024-00276 saylı, 29 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2024-cü ilin aprel ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar