Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3816/2025 13.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT068/2025-00016 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat alimentin alınıb ona verilməsi, alimentin tutulmasının 01 iyul 2025-ci ildən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Əziz uşağa baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Əziz ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT068/2025-00016 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması üçün hər ay qazancından hər uşağa görə 80 manat ona aliment ödəsin. Eyni zamanda alimentin hesablanmasını iyul ayının 01-dən başlayaraq hər ayın 01-də ödəməsinə razılaşırlar. Eyni zamanda da xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış borcun xx.xx.2025-ci ilə kimi ödəyəcəyinə öhdəlik götürdü. Lakin həmin tarix keçməsinə baxmayaraq Əziz sazişi icra etməkdən yayınır. Artıq ona qalan borcunu xx.xx.2025-ci ildə ödəyəcəyinə öhdəlik götürsədə icra etmədi, zəng edərək alimenti istəsədə üstünə çığıraraq “Bir kağız parçasına görə sənə aliment ödəyəcəyimi sanmışdın?” dedi. Bu səbəbdən sazişin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞM/MT068/2025-00016 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat alimentin alınıb ona verilməsi, alimentin tutulmasının 01 iyul 2025-ci ildən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Ərizəni müdafiə edir. İş üzrə xx.xx.2025-ci ilə təyin edilmiş məhkəmə hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini sizdən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X1 arasında olan nikah Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Elektron çıxarışlardan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2025-ci il tarixli, MŞM/MT068/2025-00016 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 80 manat, üç üşağa görə 240 manat alimenti Ərizəçi ödəyəcəyinə öhdəlik götürmüşdür. Alimentin xx.xx.2025-ci ildən hesablanmasına və hər ayın 01-də gün ərzində poçt və ya bank vasitəsi ilə Ərizəçi ödəyəcəyinə razılaşmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin iyul ayının 01-dən başalayaraq hər ay ərzində müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx.xx.2025-ci il tarixli, MŞM/MT068/2025-00016 saylı barışıq sazişi təsdiq edilsin. 01 iyul 2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, üç uşağa görə 240 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3816/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3816/2025
13.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver