Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3842/2025 17.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş qızı X3 xx.xx.1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-cİ ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş və hal-hazırda yuxarıdakı ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1994-cü ildə anadan olmuş X7 onun qızıdır. Qızı doğulduqdan bir neçə ay sonra xx.xx.1994-cü il tarixdə ölmüşdür. Onlar el adəti qaydasında qızı X5 Masallı şəhər Seybətin qəbristanlığında dəfn etmişlər. Onun həmin qəbristanlığında dəfn etməkləri şahidlər və ərizəyə əlavə edilmiş sənədlər təsdiq edir. Lakin qızı körpəikən vəfat etdiyi üçün dini qaydalara uyğun olaraq ona məzar daşı qoyulmamışdır. Qızının rəhmətə getdiyi zaman onun ölümü ilə bağlı müvafiq olaraq tibb orqanlarına məlumat verməmişlər və onlara tibbi şəhadətnamə verilməmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan tibbi rəy olmadığına görə həmin sənədin verilməsindən imtina etdiyindən o, qızının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ölüm haqqında sənəd bir çox sənədləşmə işlərində onlara lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Həmçinin onun mərhum əri Mahir Abdullayevin dostu olmuşdur. Ərizəçi ilə Mahir X1 adlı uşaqları olmuşdur. O, körpə ikən 1994-cü ildə vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi onun qaynı arvadıdır. Ərizəçi ilə Mahir X1 adlı uşaqları olmuşdur. O, körpə ikən 1994-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi arasında Masallı rayon VVAQ şöbəsində 26 may 1988-ci il tarixdə nikah bağlanmış, bu barədə 83 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Abdullayev (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü ildə Masallı şəhərində doğulmuş X3 atası X8, anası X6r. Masallı şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 05 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi qızı X7 26 mart 1994-cü ildə Masallı şəhərində doğulmuş, 1994-cü ilin iyun ayında vəfat etmiş və Masallı şəhər Seybətin qəbiristanlığında dəfn edilmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 31 oktyabr 2025-ci il tarixli, 18-1-60/2-Y-9xx-xx-1040/2025 nömrəli arayışdan görünür ki, X3 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qızı X3 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tələb olunan sübutedici sənədlərin təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşin halları ilə müəyyən olunur ki, X2 şəhərində 26 mart 1994-cü ildə doğulmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Masallı şəhər Seybətin qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 20 iyun 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 26 mart 1994-cü il tarixdə anadan olmuş X3 20 iyun 1994-cü il tarixdə Masallı rayonu, Seybətin kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 mart 1994-cü il tarixdə anadan olmuş X3 20 iyun 1994-cü il tarixdə Masallı rayonu, Seybətin kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(050)-3842/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3842/2025
17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver