Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3855/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 10 mart 1996-cı ildə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş X2 xx.xx.1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 10 mart 1996-cı ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş X3 onun oğludur. X1 02 may 1998-ci ildə vəfat edib və Masallı rayon Xırmandalı kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü təbii ölüm hadisəsi olmuşdur. Onun ölümü ilə bağlı qeydiyyat aparılması üçün lazımı sənədlər (həkim arayışı və s.) vaxtında alınmadığına görə hal-hazırda ölüm faktının qeydə alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmasına baxmayaraq ona oğlunun ölümü ilə bağlı faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Maraqlı şəxs 31 iyul 2023-cü il tarixli arayışından görünür ki, X3 10 mart 1996-cı ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. İşdə olan Masallı rayon Xırmandalı Bələdiyyəsinin aktından görünür ki, 10 mart 1996-cı ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş X3 02 may 1998-ci il tarixdə vəfat edib və Xırmandalı kənd qəbiristanlığında dəfn olunub. İşdə olan “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nin 05 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X3 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs 23 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-2116 saylı məktubdan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 10 mart 1996-cı ildə doğulmuş Pərviz Əkbərov 02 may 1998-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində vəfat etmiş və Masallı rayonu Xırmandalı kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Pərviz Əkbərovun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 mart 1996-cı ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş X2 02 may 1998-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3855/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3855/2023
29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver