Məhkəmə qərarları › İş №2(050)-3884/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3884/2024

02.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3884/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixli mediasiya prosesində bağladıqları 00552 saylı barışıq sazişinin təsdiq edilməsini, rəsmi nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-cı il təvəllüdlü X3 ilə ayın hər həftəsinin bazar günü saat 12:00-dan saat 18:00dək onun ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X5 xx.xx.2021-cı il təvəllüdlü X3 doğulmuşdur. Arzu ilə xasiyyətləri düz gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulmamışdan öncə mediasiya şurasında Maraqlı şəxs ilə barışıq sazişi əldə olunmuşdur. Barışıq sazişinə əsasən uşaqlar Maraqlı şəxs himayəsində qalacaq, uşaqların saxlanılması üçün ayda onun tərfindən 400 manat aliment ödəniləcək və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək uşaqlarla ünsiyyət hüququ təmin olunacaqdı. Onun tərəfindən barışıq sazişinə əməl olunsada, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinə əməl olunmur, onun uşaqları ilə görüşməyinə imkan vermir, süni maneələr yaradır. Maraqlı şəxs tərəfindən barışıq sazişinə əməl olunmadığından məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(050)-2810/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı iddiasının təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 26 sentyabr 2019-cu il tarixində Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 138 saylı nikahın pozulması qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan göünür ki, 10 iyun 2020-ci il təvəllüdlü X4 və 07 sentyabr 2021-cı il təvəllüdlü X1 atası Ərizəçi, anası Maraqlı şəxsdır. 22 iyul 2024-cü il tarixli, MŞM/MT036/2024-00552 nömrəli barışıq sazişində göstərilir ki, 1-ci tərəf Ərizəçi uşaqlarla ünsiyyətdə olmaq məqsədi ilə hər ayın bazar günləri saat 12:00-da xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 anaları 2-ci Tərəf Maraqlı şəxs təhvil alıb özü ilə aparır və və həmin gün saat 18:00-da geri qaytararaq analarına təhvil verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi birinci tərəflə övladları ilə bağlı ünsiyyət barədə razılığa gəlsələr də buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 22 noyabr 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: 22 iyul 2024-cü il tarixli, MŞM/MT036/2024-00552 nömrəli barışıq sazişi təsdiq edilsin. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi birgə nikahlarından anadan olmuş 10 iyun 2020-ci il təvəllüdlü X5 və 07 sentyabr 2021-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək ünsiyyət verilməsini təmin etsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar