Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3967/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi "xxxx" MMC BOKT-nin maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlu ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi "xxxx" MMC BOKT ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlu ilə mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-01693 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlundan müştərək qaydada 2220 manat məbləğində pulun alınaraq "xxxx" MMC BOKT-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC BOKT ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlu ilə arasında borc münasibətləri olduğundan qarşılıqlı razılaşmaqla könüllülük əsasında mediasiya müraciət etmişlər. Tərəflərin arasında xx.xx.2022-ci ildə MŞL-01693 saylı barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs1 2500 manat məbləğində borc pulu 36 aylıq olmaqla hər ay 70 manat pulu birinci tərəf "xxxx" MMC BOKT-yə ödəməsinə öhdəlik götürmüş, digər Maraqlı şəxs2 Tarverdi oğlu 2500 manat məbləğində pul vəsaitini hər ay 70 manat olmaqla 36 ay müddətinə birinci tərəf "xxxx" MMC BOKT-yə ödənilməsinə zamin durmuş, əgər Maraqlı şəxs1 öhdəlik götürdüyü müddətdə qeyd edilən pulu birinci tərəfə ödəmədiyi və öhdəliyin icrasından qismən və ya tam boyun qaçırdığı halda Maraqlı şəxs2 Tarverdi oğlu 2500 manat məbləğində vəsaiti birinci tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi hər ayın 25-də köçürmə yolu ilə və ya bank vasitəsi ilə ödəniləcəyinə razılaşmışlar. Barışıq sazişi bağlanıldıqdan sonra maraqlı şəxslər qeyd edilən saziş üzrə öhdəliklərini icra etməmişdirlər. Dəfələrlə danışıqlar aparılmasına baxmayaraq nəticə olmamış va cəmi 280 manat ödənilmiş və bununla da barışıq sazişinin şərtləri kobud şəkildə pozulmuşdur. Hazırda borc məbləği 2.220 manat təşkil edir. Odur ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlu ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01693 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğlundan müştərək qaydada 2.220,0 manat məbləğində pulun alınaraq "xxxx" MMC BOKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur Ərizəçi "xxxx" MMC BOKT-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan pretenziyadan görünür ki, ərizəçi "xxxx" MMC BOKT maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Tarverdi oğluna barışıq sazişinin könüllü icrasında imtina ediləcəyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli, MŞL/MT014/2023/MŞL-01542 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs1 saziş imzalandıqdan sonra 2500 manat məbləğində borc pulu 36 aylıq olmaqla hər ay 70 manat pulu birinci tərəf "xxxx" MMC BOK-yə ödəməsinə öhdəlik götürür. Maraqlı şəxs2 Tarverdi oğlu 2500 manat məbləğində pul vəsaitini hər ay 70 manat olmaqla 36 ay müddətinə birinci tərəf "xxxx" MMC BOKT-yə ödənilməsinə zamin dururlar, əgər Maraqlı şəxs1 öhdəlik götürdüyü müddətdə qeyd edilən pulu birinci tərəfə ödəmədiyi və öhdəliyin icrasından boyun qaçırdığı halda Maraqlı şəxs2 Tarverdi oğlu 2500 manat məbləğində vəsaiti birinci tərəfə ödəməyi öhdəsinə götürür. Borcun ödənilməsi hər ayın 25-də köçürmə yolu ilə və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş borc məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 29 dekabr 2022-ci il tarixli, MŞL-01693 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq Sazişinin şərtlərinə görə Maraqlı şəxs1 2500 manat məbləğində borc pulu 36 ay müddətində hər ay 70 manat olmaqla "xxxx" MMC BOK-yə ödəsin. Maraqlı şəxs1 öhdəlik götürdüyü müddətdə 2500 manat pulu "xxxx" MMC BOK-yə ödəmədiyi və öhdəliyin icrasından boyun qaçırdığı halda 2500 manat məbləğində vəsait zamin Maraqlı şəxs2 Tarverdi oğlundan tutularaq "xxxx" MMC BOK-yə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3967/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3967/2023
07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver