Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4002/2025 05.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2025-00599 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2013-cü ilin aprel ayında faktiki ailə həyatı qurmuşlar. Nikahlarını sonradan rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və cari ilin iyun ayından ayrı yaşayırlar. Nikahları Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00599 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahlarından anadan olmuş yuxarıda adıçəkilən uşaqlar onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-dən sonunadək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini iyul ayının 14-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2025-00599 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs alimenti ödəmir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, hazırda işləmədiyindən alimenti ödəyə bilmir. Yaxınlarda işləyib ödəyəcək. İş materiallarında olan: AZ-İİ seriyalı 030834 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 18 fevral 2015-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Heydərova” soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01 fevral 2014-cü tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 07 iyun 2017-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuşdur. 14 iyul 2025-ci il tarixli MŞM/MT 036/2025-00599 saylı barışıq sazişindən görünür ki, 14 iyul 2025-ci il tarixdə tərəflərlə nikahın pozulması, uşaqların ananın yanında qalması və alimentin müəyyən edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası keçirildi. İlkin mediasiya sessiyası zamanı Tərəflər tələblərinin həcmini artıraraq, uşaqlarla ünsiyyətdə olmaq mübahisəsi üzrə də mediasiya prosesinin keçirilməsini tələb etdilər və tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər, lakin uşaqların ananın yanında qalması, alimentin müəyyən edilməsi və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1) Tərəflərin birgə uşaqları 01 fevral 2014-cü il təvəllüdlü X5 və 07 iyun 2017-ci il təvəllüdlü X7 anaları 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 2) Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 100 (yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir; 3) 01 fevral 2014-cü il təvəllüdlü X5 və 07 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının sonunadək və gələn hər növbəti ayın isə 01-dən sonunadək hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür; 4) 2-ci Tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2025-cü ilin iyul ayından başlayaraq, gələn hər növbəti ayda həftənin şənbə günü saat 10:00-da 01 fevral 2014-cü il təvəllüdlü X5 və 07 iyun 2017-ci il təvəllüdlü X4 anaları 1-ci Tərəf Ərizəçi təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 18:00-da geri qaytararaq anaları 1-ci Tərəf Ərizəçi təhvil verir. Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(050)-2645/2025 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, X6 ilə Maraqlı şəxs arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış və 18 fevral 2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, ərizəçinin ərizəsində nikahının xx.xx.2015-ci ildə rəsmiləşdirilməsi qeyd edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 nikah bağlananadək doğulmuşdur və onun atalığının müəyyən edilməsi barədə şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X1 atalığı müəyyən edilməmiş və atalığı müəyyən olunmayan uşağa görə Maraqlı şəxs alimentin tutulması ilə bağlı bağlanmış barışıq sazişi qanuna ziddir və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Barışıq sazişinin alimentlə bağlı qalan hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentlə bağlı digər hissəsi qanuni şəkildə bağlanmış, həmçinin saziş həmin hissədə hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00599 saylı barışıq sazişi qismən təsdiq edilsin. 14 iyul 2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs 07 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00599 saylı barışıq sazişinin Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-4002/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4002/2025
05.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver