Məhkəmə qərarları › İş №2(050)-4033/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4033/2023

17.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4033/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəf Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞL 01128 saylı barışıq sazişinin aliment hissəsində məcburi icrası üçün təsdiq edilməsi və birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən ) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat aliment məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı tərəflə xx.xx.2013-cü ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Sonradan münasibətləri kəskinləşdiyindən aralarında olan rəsmi nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hazırda iş Masallı rayon məhkəməsinin icraatındadır. Qanunvericiliyin tələbinə əsasən məhkəmədən öncə mediasiya prosesi keçmişlər və Lənkəran şəhəri 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli MŞL 01128 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən ikinci tərəf nikahın məhkəmə qaydasında vaxt verilmədən pozulmasına razılıq vermişdir. İkinci tərəf birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladların anası Ərizəçi yanında saxlanılmsına razılıq vermişdir. İkinci tərəf xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladların yetkinlik yaşına çatanadasaxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat alimentin Ərizəçi xeyrinə tutulmasına razılıq vermişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi ilə arasında barışıq sazişi bağlanmış olsa da uşaqların saxlanılması üçün heç bir ödəniş etməmişdir. Hazırda barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 12 iyun 2013-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 10 aprel 2015-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 18 fevral 2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 12 may 2023-cü il tarixli, MŞL/MT014/MŞL-01128 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxsdur. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 anası Ərizəçi yanında saxanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2013-cü il təvvəllüdlü X3, xx.xx.2015-ci il təvvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir hər bir uşağa görə 80 manat olmaqla, üç uşaqa görə 240 (iki yüz qırx) manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin may ayının 15-dən başlamaqla, hər ayın 15-də gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vaisitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 15-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 07 noyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 12 may 2023-cü il tarixli, MŞL/MT014/MŞL-01128 nömrəli barışıq sazişi təsdiq edilsin. 15 may 2023-cü ildən başlayaraq Maraqlı şəxs 12 iyun 2013-cü il təvvəllüdlü X1, 10 aprel 2015-ci il təvvəllüdlü X2 və 18 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar