Məhkəmə qərarları › İş №2(050)-4074/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4074/2024

13.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4074/2024 13.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı 2 uşaqları anadan olmuşdur. Rəsmi nikahları olmamış, lakin uşaqların atalığı müəyyən olunmuşdur. Maraqlı şəxsla aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməmiş və uşaqların saxlanması üçün aliment ödəməmişdir. Nəticədə barışıq sazişinin şərtləri pozulmuşdur. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024-00887 saylı, 24 oktyabr 2024-cü il tarixli barışıq sazişində göstərilir: Tərəflər, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1. Tərəflərin birgə uşaqları xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. 2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 100 manat sabit məbləğdə aliment müəyyən edilir. 3. xx.xx.2021ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün, 2-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin noyabr ayının 5-dən 20-dək və gələn hər növbəti ayın 05-dən 20-dək olan müddət ərzində hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2021-ci ildə, X7 xx.xx.2023-cü ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, AZ-İ № 482370 saylı şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci ildə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli AZ-İ № 482369 saylı şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü ildə Ərizəçi doğulmuş X5 atası hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 04 dekabr 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024-00887 saylı, 24 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2024-cü ilin noyabr ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar