Məhkəmə qərarları › İş №2(050)-4154/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4154/2023

30.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4154/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 75 manat, iki uşağa görə 150 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı 2(iki) nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur olub aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün bir uşağa görə 75 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qrumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, lakin alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəlirim yoxdur, həmdə münasib iş yoxdur. Vəziyyəti çox çətindir. İki nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarımı nəzərə alıb məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, hazırda işləmədiyindən barışıq sazişi üzrə alimenti ödəməkdə çətinlik çəkir. Lakin barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə X5 arasında 12 fevral 2013-cü il tarixdə Masallı rayon Musaküçə kənd ərazi nümayəndəliyində 04 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Bayramova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X3 08 sentyabr 2013cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X4 22 iyul 2016-cı ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00684 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər 2012-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 12 fevral 2013-cü ild nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan iki uşaq doğulmuşdur-xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4. Tərəflər arasında ailədaxili narazılıqlar yarandığı üçün ayrılmışlar və hal-hazırda ayrı-ayrı ünvanlarda yaşayırlar. Ona görə da Ərizəçi nikahın pozulması, uşaqların saxlanması üçün aliment təyin edilməsi və cehizlik əşyaların geri qaytarılması mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. 10 aprel 2023-cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi İlkin mediasiya sessiyası zamanı Tərəflər tələblərinin həcmini artıraraq, uşaqların ananın himayəsinə verilməsi və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsi üzrə də mediasiya prosesinin keçirilməsini tələb edərək tam mediasiyaya keçmək barədə qərar qəbul etmişlər. 10 aprel 2023-cü il tarixdə keçirilən tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlməmişlər. Lakin uşaqların ananın himayəsinə verilməsi, aliment təyin edilməsi, uşaqla ünsiyyətdə olmaq və cehizlik əşyaların geri qaytarılması mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər- Tərəflərin birgə uşaqları X3 və X4 anası Ərizəçi yanında saxlanılmaqla, onun himayəsinə verilir. X3 və X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşaq üçün 75 (yetmiş beş) sabit məbləğdə aliment müəyyən edilir. X3 və X4 yetkinlik yaşına çatana qədər 2023-cü ilin may ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək 150 (yüz əlli) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir. Maraqlı şəxs hər həftənin şənbə günü saat 11-00-da Sahil Bayramov və Salam Bayramovu anası Ərizəçi təhvil alıb özü ilə aparır və bazar günü saat 17-00-da geri qaytararaq Ərizəçi təhvil verir. Maraqlı şəxs barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən cehizlik əşyaların 14 aprel 2023-cü il tarixdən hesablanmaqla 15 (on beş) gün müddətində Ərizəçi geri qaytarılmasını təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 15-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 15 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 14 aprel 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00684 nömrəli barışıq sazişi təsdiq edilsin. 15 may 2023-cü ildən başlayaraq Maraqlı şəxs 08 sentyabr 2013-cü il təvəllüdlü X2 və 22 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar