Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4184/2023 04.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02219 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-ci il təvəllüdlü X1 və xx.xx.2019-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuş, nikahlarını rəsmilədirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-ci il təvəllüdlü X4 və xx.xx.2019-ci il təvəllüdlü X5 adlı üç nəfər uşaqları doğulmuşdur. Xəqani ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra Xəqani uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya xidmətinə müraciət etmişdir. Xəqani ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-02219 saylı barışıq sazişi imzalamışlar. Xəqani işlədiyinə görə, aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt üç nəfər uşaqın saxlanılması üçün hər ay hər bir uşağa görə 120 manat, cəmi 360 manat alimenti ona ödəməyə razılaşmışdır. Lakin Xəqani barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmış və alimenti ödəməyəcəyini bildirmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-02219 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnaməin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 27 mart 2018-ci ildə Masallı Regional “ASAN Xidməti” mərkəzində rəsmiləşdirmişlər. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02219 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-ci il təvəllüdlü X1 və xx.xx.2019-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi sentyabr ayının 1-dən başlamaqla hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 23 noyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02219 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-ci il təvəllüdlü X1 və xx.xx.2019-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-4184/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4184/2023
04.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver