Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-423/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum anası X1 21 avqust 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 may 1943-cü il təvəllüdlü anası X4 21 avqust 2019-cu il tarixdə vəfat etmişdir. El adəti qaydasında X2 şəhər qəbristanlığında dəfn etmişlər. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən, anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, anasının qan təziyiqindən qəflətən 21 avqust 2019-cu ildə vəfat etməsini, Masallı şəhərində dəfn olunmasını, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını, ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, mərhum X4 onun qonşusu olmuşdur. O, 21 avqust 2019-cu il tarixdə vəfat etmiş və Masallı rayon qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Ərizəçi onun qayınanasıdr. Onun anası X4 21 avqust 2019-cu il tarixdə vəfat etmiş və Masallı rayon qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X4 02 may 1943-cü il tarixdə anadan olmuşdur. Masallı Mənzil İstismar İdarəsinin 03 mart 2023-cü il tarixli arayışından görünür ki, X4 21 avqust 2019-cu ildə vəfat etmişdir. Masallı RMX X8 13 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X4 barəsində “Masallı RMX” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs 07 mart 2023-cü il tarixli, 3-16-5/8-121-2023 saylı məktubdan məlum olur ki, X4 barəsində ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 02 may 1943-cü ildə doğulmuş X4 21 avqust 2019-cu il tarixdə Masallı şəhərində vəfat etmiş və Masallı rayonu şəhər qəbristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X1 21 avqust 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 may 1943-cü ildə doğulmuş X1 21 avqust 2019-cu il tarixdə Masallı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-423/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-423/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver