Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4508/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-01682 saylı barışıq sazişinin təsdiq edilməsi, 13 dekabr 2020-ci il təvəllüdlü X2 və 29 iyun 2022-ci il tarixli X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi, alimentin tutulmasının 01 avqust 2023-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 21 iyun 2018-ci il tarixdə Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2020-c il təvəllüdlü Qurbanlı Nilay və xx.xx.2022-ci il təvəllüdlü Qurbanova Aylin adlı adlı iki uşaq anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 13 iyul 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/MŞL-01682 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahdan anadan olmuş uşaqlar onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini cari ilin iyul ayının 13-də imzalamasına baxmayaraq dekabr ayından həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, 13 iyul 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01682 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-01682 saylı barışıq sazişində göstərilir ki, Birici tərəf Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay bir uşağa görə 100 manat, iki uşaqa görə cəmi 200 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2023-cü ilin avqust ayının 1-dən başlamaqla və hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 21 iyun 2018-ci ildə Masallı Regional “ASAN Xidməti” mərkəzində rəsmiləşdirmişlər. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, X3 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 20 dekabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 dekabr 2020-ci il təvəllüdlü X2 və 29 iyun 2022-ci il tarixli X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-4508/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4508/2023
29.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver