Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4524/2023 30.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimi Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Masallı rayon Məhkəməsinin 2(050)-107/2020 saylı 13 yanvar 2020-ci il tarixli qətnaməsində aylıq bir uşaq üçün kəsilmiş 80 manat olmaqla, cəmi 320 manat alimentin azaldılaraq sabit pul məbləğində hər bir uşaq üçün 50 manat, dörd uşaq üçün cəmi 200 manat aliment pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikahları olmuş və nikaları 2020-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Birgə yaşadığları müddət ərzində X2, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı 4(dörd) nəfər uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamağlarına baxmayaraq sonradan ailə münasibətləri pisləşmiş, o, nə qədər cəhd etsədə ailədə olan münasibətlər düzəlməmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanılması üçün dörd uşağa görə cəmi 320 manat aliment tutulmuşdur. O, öz uşaqlarına kömək etməkdən heç vaxt imtina etmir. Bütün ömrü boyu uşaqlarına köməklik etməyə davam edəcəkdir.Lakin əlavə edərək bildirir ki, o, çətin maddi durumdadır. Heç bir yerdə işləmir, heç bir yerdən gəlir əldə edə bilmir və qazancı yoxdur. Fəhləlik edərək qazanc əldə edir və əldə etdiyi qazanc özünün təminatlarını heç doğru düzgün ödəmir. Məhkəmə tərəfindən kəilmiş aliment məbləği ilə qətiyyən razı deyildir. Çünki hər zaman fəhləlik etməyə belə iş tapa bilmir. Bu səbəbdəndə Maraqlı şəxs ilə alimentin azaldılması ilə bağlı razılığa gəlib və bununla bağlı aralarında barışıq sazişi imzalamışlar.Odur ki, həmin barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşlar. Uşaqların atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞM/MT/036/2023-00386 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər arasında bağlanmış nikah 13 yanvar 2020-ci il tarixli 2(050)- 107/2020 saylı məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqlar Maraqlı şəxs himayəsinə verilməklə, hər bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda Maraqlı şəxs himayəsində 4 uşaq vardır. Son dövürlərdə Ərizəçi ümumi təyin edilmiş 320 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün tərəflər aliment məbləğinin azaldılması mübahisəsinin həll etmək üçün könüllü olaraq mediasiyaya müraciət etmişdir. 22 dekabr 2023-cü il tarixdə tərəflər həmin mübahisə üzrə mediasiya prosesi keçirildi və tərəflər alimentin məbləğinin azaldılması mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər.2.1 uşaqların saxlanması üçün hər bir uşaq üçün təyin edilmiş 80 manat sabit pul məbləğində aliment azaldılaraq, 50 manat məbləğində müəyyən edilsin. 2.2 X2, X3, X4 və X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 2023-cü il dekabr ayının 1-dən hesablanmaqla gələn növbəti ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat məbləğində aliment Ərizəçi tərədinən Maraqlı şəxs ödənilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın Ərizəçi tərəfindən qaldırılması ona əsas verir ki, tərəflər arasında barışıq sazişinin şərtləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPMnin 355-23.1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd olunan hallar iş üzrə müəyyən olunmadığna görə ərizə təmin olunmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizəçi xx.xx.2023-cü il tarixli, MŞM/MT/036/2023-00386 nömrəli barışıq sazişi təsdiq edilməsi barədə ərizəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-4524/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4524/2023
30.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver