Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-47/2024 01.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Vəkil2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Nüşirəvan oğlunun və onun vəkili Vəkil1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh1 Nüşirəvan oğluna və maraqlı şəxs Cavabdeh2 qarşı əmlak tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Nüşirəvan oğlunun İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 birgə nikah zamanı 20000 (iyirmi min) manata aldıqları tünd göy (qarayaçalan) rəngli, “Mersedes-E” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin yarı hissəsinin, 10000 (on min) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qaydasında ödədiyi 120 (bir yüz iyirmi) manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı birgə nikah dözründə evin təmirinə görə xərclədikləri 20000 manatın yarısı 10000 manat pulun, evdə istifadə olunan məişət əşyalarının alınmasına xərclədikləri 9643 manatın yarısı 4.821,05 manatın və ödədiyi 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkilinümayəndəsi Vəkil2 işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Nüşirəvan oğlundan İddiaçı valideyinlərindən miras qalmış dəyəri 60000 manat olan qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə etdikləri dəyəri 20000 manat olan göy rəngli “Mersedes E” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilinin dəyərinin yarı hissəsi 10000 manat məbləğində pul vəsaitinin və ödədiyi 300 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 Nuşiravan oğlu ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Cavabdehlə xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təsərrüfatı birgə idarə etmişlər. Ailədə baş vermiş söz-söhbətlər məhkəmə mübahisəsinə gətirib çıxarmışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4427/2022 saylı qətnaməsinə əsasən nikahları rəsmi olaraq pozulmuşdur. Cavabdehlə münasibətləri xx.xx.2022-ci il tarixdən tamamilə pozulmuş, sonuncu evi tərk etmişdir. Cavabeh evi tərk etdikdən sonra məcbur olub məhkəməyə “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Birgə nikahları dövründə onun vəsaiti hesabına 20000 (iyirmi min) manat məbləğində tünd göy (qarayaçalan) rəngli, ”Mersedess-E” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobil almışlar. Aralarında mübahisə yarandığı vaxtdan cavabdehin bildirdiyinə görə aldığı avtomobili başqasının adına keçirib, nömrəsini də dəyişmişdir. Faktiki olaraq həmin avtomobili özü idarə edir. Hal-hazırda onun vəsaiti hesabına alınan əmlakının təyinatından xəbəri yoxdur. Cavabdeh həmin əmlakdan istədiyi qaydada istifadə edir. Məhkəmədən kənar şəkildə məsələnin həlli mümkün olmamışdır. Onun vəsaiti hesabına alınmış əmlakın bölünməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin məktubuna əsasən, cavabdeh X2 ”Mersedess-E270” CDİ minik, buraxılış ili 2000 olan avtomobili 14 may 2013-cü il tarixdə, yəni onların birgə nikahı dövründə alması sübut olunur. Həmçinin həmin avtomobil onun vəsaiti hesabına alınmışdır. Belə ki, o, xx.xx.2013-cü il tarixdə VTB bank (Azərbaycan) ASC-dən 12500 manat kredit götürüb xx.xx.2013-cü il tarixdə mübahisəli maşını almışlar. Yerdə qalan vəsaiti qızıl -zinət əşyalarını lombarda kirov qoyaraq ödəmişdir. Cavabdeh1 nikahlarının pozulması zamanı “Mediasiya” prosessindən keçən vaxtlarda adına olan onun vəsaiti hesabına aldıqları avtomobili indiki arvadının qardaşının adına rəsmiləşdirmişdir. Hesab edir ki, birgə nikah zamanı əldə olunan vəsait hesabına, 20.000 (iyirmi min) manata aldıqları avtomaşının dəyərinin yarı hissəsi olan 10000 (on min) manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Bundan əlavə birgə nikahları dövründə valideynləri tərəfindən hədiyyə olaraq verilən bahalı qızıl-zinət əşyalarını Cavabdeh1 özünə götürmüşdür. Həmin qızıl-zinət əşyalarının faktiki dəyəri 60000 manat təşkil edir. Eyni zamanda evin təmiri və mebellərin alınması ilə bağlı cavabdeh hansı hərəkəti edibsə, daima onu kredit götürməyə məcbur etmiş və həmin kredit də onun tərəfindən ödənilmişdir. İlk iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində və əlavəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 Nüşirəvan oğlu məhkəmə iclası zamanı ilk iddianı qəbul etməyib, qarşılıqlı iddiasını müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından Zəhra adlı bir uşaqları doğulmuşdur. Uzun müddət ər-arvad kimi birgə yaşamalarına baxmayaraq aralarında tez-tez münaqişələr yarandığı üçün 2022-ci ildə məhkəmə qaydasında nikahları pozulmuş və azyaşlı Zəhra anasının yanında qalmaqla saxlanılması üçün ondan aliment tutulmuşdur. İddiaçının dəyərinin yarısını tələb etdiyi ”Mersedess-E” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsi vəsaiti hesabına almış, daha sonra isə satmışdır. Eyni zamanda avtomobilin dəyəri şişirdilmiş qaydada 20000 manat yazılmışdır. Halbuki, həmin avtomobilin hazırki bazar qiyməti təxminən 12000-13000 manatdır. Bundan əlavə yaşadıqları ev iddiaçıya məxsus olsa da, həmin ev və evə alınan əşyalar birgə qazancları hesabına alinmış və təmir edilmişdir. Təmir və əşyaların alınması üçün onun tərəfindən təxminən 30000 manat pul xərcləmişdir. İddiaçıdan ayrıldıqdan sonra evi tərk etmiş və halhazırda başqa ünvanda yaşayır. Hesab edir ki, həmin pulun yarısı iddiaçıdan alınaraq ona verilməlidir. Həmçinin iddiaçı ondan ayrılan zaman özünə məxsus və onun hədiyyə aldığı qızıl-zinət əşyaları özündə qalmış, həmin qızıllar heç vaxt onda olmamışdır. Göründüyü kimi iddiaçının tələbi tamamilə əsassızdır. Ona görə də, məhkəmədən ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil1 məhkəmə iclası zamanı çıxışında ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilimiş: -Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(006)- 4427/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 183 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. -Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikaha 28 noyabr 2022-ci ildə xitam verilmişdir. Kişiyə Əhmədov, arvada Hüseynova soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan 11 fevral 2013-cü ildə X5 adlı uşaqları doğulmuşdur. -X1 tərəfindən təsdiq edilmiş 25 may 2023-cü il tarixli, MŞL/MT014/2023-01114 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh1 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 idarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, 2000-ci il buraxılışlı, ”Mersedess-E270” CDİ minik markalı, **-EK-*** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. -Ödəniş cədvəllərindən görünür ki, 02 iyun 2011-ci il tarixdə “BEKO BK130/131XR” markalı kondisioner, 01 sentyabr 2018-ci il tarixdə “Televizor”, “Aspirator”, “Qaz piltəsi” Cavabdeh1 adına, 17 iyun 2022-ci il tarixdə “Stullar”, “Paltaryuyan”, “Elektrik soba”, “Ev telefonu” İddiaçı adına alınmışdır. -Məhkəmə Ekspertiza Mərkəzinin X7 tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 19/815 saylı rəyindən görünür ki, ”Mersedess-E 270” markalı, 2000-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 17000,00 manat müəyyən edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 10/8369 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 40 saylı evin 98 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 10153,0 manat məbləğində olduğu müəyyən edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 9/8365 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istfadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3380,00 müəyyən edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd 22 qramlıq, 750 əyyarlı qızıl sepin qiyməti 2860 manat, 1 ədəd 8 qramlıq, 750 əyyarlı qolbağın qiyməti 1040 manat, 1 ədəd 15 qramlıq, 750 əyyarlı sırğaüzük brilliyant dəstinin qiyməti 1950 manat, 1 ədəd 5 qramlıq, 750 əyyarlı, qadın nişan üzüyünün qiyməti 650 manat, 1 ədəd 3 qramlıq, 583 əyyarlı, ək qaş brilliyant üzüyün qiyməti 330 manat, 1 ədəd 4 qramlıq, 585 əyyarlı paxlava üzüyün qiyməti 440 manat, 1 ədəd 8 qramlıq, 750 əyyarlı kişi brlliyant üzüyün qiyməti 1040 manat, 1 ədəd 9 qramlıq, 750 əyyarlı sırğa-üzük dəstin qiyməti 1170 manat, 1 ədəd 6 qramlıq, 583 əyyarlı fantaziya briliyant üzüyün qiyməti 660 manat, 1 ədəd 7 qramlıq, 750 əyyarlı beş qaş briliyant üzüyün qiyməti 910 manat, 1 ədəd 20 qramlıq, 750 əyyarlı sepin qiyməti 2600 manat, 1 ədəd 30 qramlıq, 750 əyyarlı qolbağın qiyməti 3900 manat, 1 ədəd 15 qramlıq, 585 əyyarlı badam sırğalar qiyməti 1650 manat, 1 ədəd 6 qramlıq, 585 əyyarlı badam üzüyün qiyməti 660 manat, 1 ədəd 7 qramlıq, 585 əyyarlı badam klonun qiyməti 770 manat, 1 ədəd 3 qramlıq, 750 əyyarlı mirvari üzüyün qiyməti 390 manat, 1 ədəd 28 qramlıq, 750 əyyarlı sepin qiyməti 3640 manat, 1 ədəd 12 qramlıq, 750 əyyarlı qolbağın qiyməti 1560 manat, 1 ədəd 10 qramlıq 583 əyyarlı qolbağın qiyməti 1100 manat, 1 ədəd 4 qramlıq, 583 əyyarlı birliyant üzüyün qiyməti 440 manat, 1 ədəd 13 qramlıq, 750 əyyarlı sırğanın qiyməti 1690 manat, 1 ədəd 8 qramlıq, 750 əyyarlı klonun qiyməti 1040 manat, 1 ədəd 6 qramlıq, 750 əyyarlı halqa sırğanın qiyməti 780 manat və 1 ədəd 23 qramlıq, 585 əyyarlı ağ qızıl briliyant dəstin (sırğa, üzük, klon, qolbağ) qiyməti 2530 manat müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 el adəti qaydasında toy etdirməklə nikahlarını 14 aprel 2007-ci il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan Zəhra adlı bir nəfər uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1la evləndikdən sonra iddiaçıya məxsus Bakı şəhərində yerləşən evdə yaşamışlar. Tərəflər bir müddət mehriban ailə kimi yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və azyaşlı Zəhra anasının yanında qalmaqla saxlanılması üçün ondan aliment tutulmuşdur. Hazırda isə iddiaçı birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin yarısının və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınıb ona verilməsini, cavabdeh isə evin təmirinə və əşyaların alınmasına xərclənmiş pulun yarısının iddiaçıdan alınıb ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Məhkəmə ilk iddia tələbi üzrə ”Mersedess-E270” CDİ minik markalı, **-EK-*** qeydiyyat nömrə nişanlı avtomobilin dəyərinin yarısının alınıb verilməsi, həmçinin qarşılıqlı iddia tələbi üzrə tərəflərin birgə nikahı dövründə yaşadıqları iddiaçıya məxsus evin təmiri üçün xərclənmiş pulun və həmin evə alınan əşyaların dəyərinin yarısının alınıb verilməsi hissəsi ilə bağlı qeyd edir ki, avtomobil, evin təmiri üçün xərclənmiş pul və evə alınan əşyalar tərəflərin birgə nikahı dövründə və birgə qazancları hesabına əldə olunduğundan onların ümumi mülkiyyəti hesab olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qarşılıqlı iddia tələbinin evə alınan əşyalar hissəsində uşaq mebel dəsti ilə bağlı qeyd edir ki, valideynlərin uşaqları saxlamaq, onların maddi və mənəvi təlabatlarının ödənilməsində yaxından iştirak etmək vəzifəsi (borcu) olduğundan həmin mebel dəstinin dəyəri olan 250 manatın tərəflər arasında bölünməsi hazırki mübahisənin predmeti ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülkiyyət hüququ konsitutusion hüquqdur və subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq isə qanunla nəzərdə tutulmuş hallardan başqa digər hallarda məhdudlaşdırıla bilməz və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin və əsas da ilk iddia tələbi üzrə iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən həmin hissədə tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmiş və bununla da o, öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, bölgü nəticəsində ”Mersedess-E270” CDİ minik markalı, **-EK-*** qeydiyyat nömrə nişanlı avtomobilin dəyərinin yarısı olan 8500 manatın İddiaçı, evin təmiri və əşyaların alınması üçün xərclənmiş pulun yarısı olan 6641,5 manatın (10153+3130=13283:2=6641,5) Cavabdeh1 payına düşdüyünü nəzərə alınaraq, aradakı fərq olan 1858,5 manat Cavabdeh1 Nüşirəvan oğlundan alınaraq İddiaçı verilməli, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 38,58 manat tutularaq İddiaçı verilməli, Cavabdeh1 tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı və 100 manat Cavabdeh1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh1 Nüşirəvan oğlundan 1858,5 manat və dövlət rüsumuna görə ödənilmiş 38,58 manat, cəmi 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat 08 qəpik məbləğində pul alınaraq ilk iddia üzrə İddiaçı verilsin. İlk iddia üzrə Cavabdeh1 Nüşirəvan oğlu tərəfindən ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu özünə aid edilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ilk iddia üzrə İddiaçı və 100 (bir yüz) manat ilk iddia üzrə Cavabdeh1 Nüşirəvan oğlundan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İlk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-47/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-47/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver