Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-482/2023 14.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçı Azərbaycan Respublikası Masallı rayon Bədəlan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Masallı rayon Bədəlan Bələdiyyəsinin Cavabdeh qarşı “tikilinin sökülməsi, yolun açılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntünün cavabdehin hesabına aparılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Masallı rayon Bədəlan Bələdiyyəsi Cavabdeh qarşı “tikilinin sökülməsi, yolun açılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntünün cavabdehin hesabına aparılması” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikası Masallı rayon Bədəlan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə vəsatəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Masallı rayon Bədəlan Bələdiyyəsinin Cavabdeh qarşı “tikilinin sökülməsi, yolun açılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntünün cavabdehin hesabına aparılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-482/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-482/2023
14.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver