Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-487/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 14 noyabr 1991-ci ildə Masallı rayonunun İsi kəndində doğulmuş qızı X1 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1949-cü il iyun ayının 25-də Masallı rayonun Qəriblər kəndində anadan olmuşdur. Ailəlidir, 3 uşaq atasıdır. Həmin üç uşaqdan biri X2 xx.xx.1991-ci ildə anadan olmuşdur. Qızı 28 may 1992-ci ildə ölmüşdür. Savadı olmadığından ölən qız uşağı üçün ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. Halhazırda torpaqla bağlı sənədlərlə əlaqədar müəyyən problemlər yarandığından ölüm haqqında şəhadətnamənin götürülməsi zərurəti yaranmışdır. Qızı Masallı rayonun İsi kənd qəbristanlığında dəfn olunmuşdur. Qızının Masallı rayonunun İsi kənd qəbristanlığında dəfn olunması barədə Qəriblər kənd ərazi nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 674 saylı arayışı vardır. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən o, qızının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, Ərizəçi qızı Səidə Hüseynova 28 may 1992-ci ildə ölmüşdür. Qəriblər kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs 24 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X2 14 noyabr 1991-ci ildə Masallı rayonunun İsi kəndində anadan olmuşdur. İşdə olan Masallı rayon Qəriblər kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Qəriblər kənd inzibati ərazi dairəsinin İsi kənd qeydiyyatındadır. Övladı mərhumə X2 14 noyabr 1991-ci ildə Masallı rayon İsi kəndində anadan olmuşdur. Masallı rayon Qodman Ərazi nümayəndəliyi tərəfindən 25 noyabr 1991-ci il tarixdə 102 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Valideynlərinin və qonşularının deməyinə görə 1992 -ci il may ayında Masallı rayon İsi kəndində vəfat etmişdir. Masallı rayon Qəriblər kənd qəbirəstanlığmda dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 14 noyabr 1991-ci ildə Masallı rayonunun İsi kəndində doğulmuş Səidə Hüseynova 28 may 1992-ci il tarixdə Masallı rayonu, İsi kəndində vəfat etmiş və Masallı rayonu Qəriblər kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Səidə Hüseynovanın ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 noyabr 1991-ci ildə Masallı rayonunun İsi kəndində anadan olmuş X1 28 may 1992-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-487/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-487/2024
14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver