Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-493/2023 19.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-01347 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşağa görə sabit pul məbləğində 80 manat, üç uşağa görə 240 manat aliment alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşlar. Yaşadıqları müddət ərzində xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Cavabdeh təqsiri üzündən ayrılmışlar. Uşaqları onun himayədədir. Ayrıldıqları vaxt Maraqlı şəxs ilə uşaqların saxlanılması ilə bağlı razılığa gəlmişlər və bir müddət Maraqlı şəxs uşaqların saxlanılmasında ona köməklik etmişdir. Lakin sonradan Maraqlı şəxs aralarında olan razılığı pozduğundan aliment tələbi ilə bağlı mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bir uşağa görə 80 manat olmaqla cəmi 240 manat aliment ödəməyi, alimentin ödənilməsinə hər ayın 1-dən başlayaraq ödəməyə razılaşmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək alimenti ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azyaşlı uşaqlarına görə heç bir yerdə işləyə bilmir, gəliri yoxdur. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa, onlara qayğı göstərməyə, maddi tələbatlarım təmin etməyə borcludur. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 anası Ərizəçi qız, atası Maraqlı şəxsdur. 14 noyabr 2022-ci il tarixli, MŞL-01347 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat aliment pulunu Ərizəçi ödəməsi barədə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 12 yanvar 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2022-ci il tarixli, MŞL-01347 saylı barışıq sazişi təsdiq edilsin. 01 dekabr 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-493/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-493/2023
19.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver