Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-494/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 iştirakı ilə. X1 maralı şəxs X11 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 maraqlı şəxs X11 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs X16 aralarında bağlanmış xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01653 saylı barışıq sazişinin təsdiq edilməsi və evin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X16 ilə faktiki nikaha girərək ailə qurmuşdur.Nikahlarını 13 fevral 2015-ci ildə rəsmiləşdirmişlər.Birgə yaşadıqları müddətdə xx.xx.2010-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X15 adlı üç nəfər uşaqları olmuşdur.Bir müddət yaşdıqdan sonra ayrılmışlar.Ayrıldıqdan sonra uşaqlar onun yanında saxlanılmışdır.Onunla maraqlı şəxs X16 arasında xx.xx.2022ci ildə mediasiya prosesində MŞL-01653 saylı barışıq sazişi imzalanmışdır.Barışıq sazişinə görə X16 üç nəfər uşağın saxlanılması üçün onun aliment tələbindən imtina edib ev tələbi ilə bağlı razılıqa gəlmişlər.Mediasiya prosesində MŞL-01653 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 04 dekabr 2010-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.X5, anası X8r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 28 dekabr 2013-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.X5, anası X8r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 12 may 2021-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.X5, anası X8r. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli, MŞL-01653 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) X14 (ikinci) X13r.Birinci tərəf X3 imzalandıqdan sonra aliment tələbindən imtina etmişdir.İkinci tərəf X4 imzalandıqdan sonra mənzili birinci tərəf X14 və övladlarına verilməsinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun deyildir.Ona görə ki, iş materiallarında olan 27 dekabr 2022-ci il tarixli, MŞL-01653 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) X14 bu sazişi imzaladıqdan sonra Aliment tələbindən imtina edir.İkinci tərəf X16 bu sazişi imzaladıqdan sonra mənzili birinci tərəf X9 və övladlarna verilməsini öhdəlik götüsdə də sazişdən və iş materiallarından hansı mənzilin birinci tərəfə və övladlarına verilməsi müəyyən deyildir.Həmçinin tərəflər alimentdən imtina edib əvəzində ev mənzil tələbi ilə bağlı mübahisədə razılığa gəlirlər nəzərdə tutulsa da tərəflərin barışıq sazişində qeyd etdilkəri mənzilə dair iş materillarında rəsmi sənəd olmadığı üçün barışıq sazişinin təsdiq edilməsi qanuna uyğun olmadığı üçün təsdiq edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: X1 maraqlı şəxs X11 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-494/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-494/2023
23.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver