Məhkəmə qərarları › İş №2(050)-496/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-496/2023

23.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-496/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17 iştirakı ilə. X1 maralı şəxs X13 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 maraqlı şəxs X13 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-000883 saylı barışıq sazişinin təsdiq edilməsi, 25 noyabr 2022-ci ildən başlayaraq 23 fevral 2011-ci il təvəllüdlü X6, 22 yanvar 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, üç uşağa görə cəmi 360 manat aliment pulunun X8 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 ilə X20 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmışdır.Həmin nikahdan 23.02. 2011-ci il təvəllüdlü X18, xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2017-ci il təvəllüdlü X21 adlı üç övladları olmuşdur.Tərəflər arasında yaranan ailə münasibətlərinə dair mübahisə nəticəsində, ayrı yaşamağa məcbur olmuşlar.Uşaqların hər üçü anasının yanında qalmışdır. Uşaqların saxlanılması üçün X12 alimentin ödənilməsinə dair öhdəliyi yaranmışdır.Ərizəçi və maraqlı şəxs öz aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisəni xx.xx.2022-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya təşkilatında MŞL-000883 saylı barışıq sazişi ilə bağlanmışdır.Sazişin 2.1.1-ci bəndi maraqlı şəxs X20 tərəfindən pozulmuş, yəni X20 həmin saziş imzalandıqdan sonra xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, üç uşağa görə cəmi 360 manat aliment pulunu hər aym 25-də X9 ödənilməsinə dair öhdəlik götürmüşdür.Lakin maraqlı şəxs götürmüş olduğu öhdəliyi icra etməmişdir.Odur ki, X20 ilə xx.xx.2022-ci il tarixli, MŞL-000883 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X15 arasında 20 sentyabr 2011-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 630 saylı nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra qadına Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X18 23 fevral 2011-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur.X4, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X19 22 yanvar 2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur.X4, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X21 06 noyabr 2017-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur.X4, anası X10r. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli, MŞL-000883 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) X14 (ikinci tərəf) X16r.İkinci tərəf X3 imzalandıqdan sonra 25 noyabr 2022-ci ildən başlayaraq 23 fevral 2011-ci il təvəllüdlü X6, 22 yanvar 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2017-ci il təvəllüdlü X11 yetkinİik yaşına çatana kimi hər ay hər bir uşağa görə 120 manat, üç uşağa görə cəmi 360 manat alimenti birinci tərəf X9 ödəməyi öhdəsinə götürmüşdür.Alimentin köçürülməsi hər ayın 25-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 12 yanvar 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 29 sentyabr 2022-ci il tarixli, MŞL-000883 nömrəli barışıq sazişi təsdiq edilsin. 25 oktyabr 2022-ci ildən başlayaraq X8 23 fevral 2011-ci il təvəllüdlü X6, 22 yanvar 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış ) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar