Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-514/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 iyul 1971-ci il tarixdə anadan olmuş atası X2 02 dekabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2001-ci ildə anadan olmuş, hal-hazırda Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayır. 23 iyul 1971-ci ildə anadan olmuş X6 onun atası olmuşdur. Mərhum atası 02 dekabr 2024-cü il tarixdə ürək tutması səbəbindən ölmüşdür. Mərhum atası Faiq el adəti ilə Masallı rayonu, Qədirli kəndində dəfn olmuşdur. Mərhum atasının həmin qəbirstanlıqda dəfn etmələrini şahidləri və verilmiş arayış təsdiq edir. Mərhum atasının məzar daşının üzərində onun doğum tarixi, ölüm tarixi, adı və soyadı qeyd edilmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən o, atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən mərhum atası X2 02 dekabr 2024-cü ildə Masallı rayonu, Qədirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “Asan” Xidmət mərkəzində Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhun Faiq İbişov onun doğma qardaşıdır. Mərhum qardaşı Faiq İbişov 02 dekabr 2024cü il tarixdə ürək tutması (infakt) səbəbindən olmüş və onu Masallı rayonu, Qədirli kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. O da qardaşı Faiqin dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X8 şahid X4 ilə eyni məzmunlu ifadə verdi. İş materillarına əlavə edilmiş; -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş atası X3 ölmünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 23 iyul 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, atası X5, anası X1r. -Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 903 saylı arayışdan görünür ki, X6 02 dekabr 2024-cü il tarixdə Masallı rayonu, Qədirli kəndində vəfat etmiş və Qədirli kənd qəbiristanlığında dəfn olunmuşdur. -“Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X3 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər hansı bir məlumat aşkar olunmadı. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçinin mərhum atası X6 23 iyul 1971-ci ildə anadan olmuş, 02 dekabr 2024-cü ildə isə ölmüş və o, Masallı rayonu, Qədirli kəndidəki qəbirstanlıqda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 23 iyul 1971-ci ildə anadan olmuş X3 02 dekabr 2024cü ildə Masallı rayonu, Qədirli kəndində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 23 iyul 1971-ci ildə anadan olmuş X3 02 dekabr 2024-cü ildə Masallı rayonu, Qədirli kəndində ölüm faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X3 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-514/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-514/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver