Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-519/2023 10.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların (həmçinin digər Cavabdeh3) vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1800 manat dəyərində 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, 450 manat dəyərində 5 qarmlıq 585 əyyarlı qolbaq, 270 manat dəyərində 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və 135 manat dəyərində 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyalarının, 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducunun, 467 manat dəyərində paltaryuyan maşının və ya onların dəyərinin, həmçinin mediasiya ilə bağlı ödənilmiş 105 manat, məhkəmə rüsumuna görə ödənilmiş 17 manat, qızılla bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la ilə nikahlarını 18 avqust 2022-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə həyatı qurub valideynlərinə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona 1800 manat dəyərində 20 qarmlıq 585 əyyarlı boyunbaq, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, 450 manat dəyərində 5 qarmlıq 585 əyyarlı qolbaq, 270 manat dəyərində 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və 135 manat dəyərində 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları, həmçinin müxtəlif adda cehiz əşyaları verilmişdir. 2022-ci ilin sentyabr ayının 29-da cavabdehlər ona cehiz olaraq verilmiş 1170 manat dəyərində soyuducunu və 467 manat dəyərində paltaryuyan maşını satmış, Məhəmməd həmin pul ilə onunla birlikdə İran İslam Respublikasına gedəcəyini bildirmişdir. Hətta orada yaşayacaqlarından ötrü o, nənəsindən borc pul da almışdır. Lakin sentyabr aynın 30-da X13 Respublikasına gedərkən onu özü ilə aparmamış, tək getmiş və həmin vaxt onun orada başqa qadınla evli olmasını bildirmişdir. Buna görə aralarında narazılıq yaranmış və bir neçə gün sonra nənəsi gəlib onu aparmışdır. Evdən gedərkən həmişəlik getmək niyyəti olmadığından, Məhəmmədlə münasibətləri yoluna qoyacağını düşündüyündən özü ilə heç bir şey götürməmişdir. Lakin sonradan Məhəmmədin fikrinin qəti olması aydın olduğundan əşyalarını götürmək üçün müraciət etdikdə, cavabdehlər digər əşyalarını qaytarsalar da, qızıl-zinət əşyalarını verməmiş, paltaryuyan maşınla soyuducunun isə nə dəyərini ödəmiş, nədə əvəzində yenisini alıb vermişdilər. Halbuki, həmin əşyaları ona cehiz olaraq alarkən nənəsi onları nisyə aldığından pullarını hələ də ödəyir. Nəticədə əşyaları cavabdehlərin qeyri-qanuni istifadəsində qaldığından məhkəməyə müraciət etməli, bundan ötrü mediasiya ilə bağlı və məhkəmə rüsumu ödəməli olmuşdur. Odur ki, həmin əmlakların və qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş xərclərin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cehiz əmlakı olan “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın ondan soruşulmadan satılıb, həmin əmlaklar satılandan sonra təxminən 15-20 gün gəlin köçdüyü evdə yaşmışdır. Keçmiş ərindən əmlaklarının satılmasının səbəbini soruşduqda İran İslam Respublikasına getmək üçün pul lazım olduğunu demişdir. Əmlaklarının satılması ilə bağlı heç bir şey deməmişdir. Buna səbəb ixtiyarı olmamışdır ki, əmlakının satılmasına etirazını bildirsin. Tələb etdiyi satılmış əmlakları satılmamışdan öncə əri ilə İran İslam Respublikasına getmək üçün nənəsigildən 4000 manat pul da almışdılar. Keçmiş əri X13 Respublikasına getdikdən təxminən 15 gün sonra evdən getmişdir. X13 Respublikasına getdikdən sonra da qızıllar evdə olmuşdur. Qızılların hamsı ərarvadın otağıda saxlanılırdı. Evdə müəyyən narazlıqlar olmuş, telefon vasitəsi ilə axşam anasıgil ilə əlaqə saxlayaraq, onu gəlib aparmalarını demişdir. Həmin vaxt baldızı ilə bir otaqda olmuşdular. Telefon ilə məlumat verdikdən təxminən 25-30 dəqiqə sonra axşam saat 10-11 radələrində gəlib onu aparmışdılar. Nənəsigil onu aparmaq üçün gələn zaman yaranmış vəziyyətə (onun yolla verməmələrinə görə) uca səslə etirazını bildirmişdir. Gəlin köçdüyü evdən təxminən 2022-ci ilin oktyabr ayının 12-13-də çıxmışdır. Evdən çıxanda fikiri birdəfəlik getmək olmamış, sonra tərəflər arasında müəyyən narazlıqlar olmuş, fikiri qətiləşmişdir ki, artıq bir ailə kimi yaşamaqları çətin olacaqdır. Evdən çıxandan bir müddət sonra gəlib cehiz əmlaklarını aparmışdılar. Cehiz əmlaklarını aparmaq üçün, o, gəlməmişdir. Cavabdeh1 Masallı Rayon Polis şöbəsinə şikayət edən zaman qızıl-zinət əşyalarını tələb etməməsinə səbəb ona alınmış qızıl-zinət əşyalarının ayrılarkən ona verilməli olduğunu bilməməsi olmuşdur. Zənn etmişdir ki, həmin əşyaları qarşı tərəf aldığı üçün həmin əşyalar onlara məxsusdur və ona arvadı olduğu üçün vurmaq məqsədi ilə verilmişdir. Ata evindən gətirdiyi qızıl-zinət əşyaları daim üzərində olmuş, bu səbəbdən gedərkən onları aparmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək, bildirdi ki, hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarının fotoşəkilləri və bununla bağlı CD mütəxəssisə təqdim edilmiş, mütəxəssis tərəfindən həmin qızıl-zinət əşyaları 2655 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən həmin əmlakların 1800 manat məbləğində alınması barədə məhkəməyə təqdim edilmiş məktub sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin əmlakların həqiqətən də qeyd edilən qiymətə satılması barədə sübut yoxdur. Sonda Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, tələb edilən cehiz əmlaklar olan “BOSCH KGM36VLEA” modelli soyuducu və paltaryuyan maşın keçmiş arvadı İddiaçı razılığı əsasında satılmışdır. Belə ki, o və keçmiş arvadı İran İslam Respublikasına müəyyən müddət orada yaşamaq üçün getmək istəmişdilər. Bunun üçün pul lazım olmuş, ailənin razılığı əsasında qeyd edilən əyşalar satılmış, pulu götürərək, İran İslam Respublikasına getmiş və orada pul tədricən xərclənmişdir. Əgər ailədə problem olmasa idi, keçmiş arvadını da özü ilə aparacaqdır. Onlara pul lazım olduğu üçün keçmiş arvadının nənəsi gənc ailəyə köməklik üçün 4000 manat pul da bağışlamışdır. Onun özünün də nişan üzüyü yoxdur. Qızıl-zinət əşyaları keçmiş ər-arvadın otağında olmuşdur. İran İslam Respublikasından qayıtdıqdan sonra evdəkilərdən qızılzinət əşyalarını soruşmuş, ona bildirilmişdir ki, keçmiş arvadı gedərkən qızıl-zinət əşyalarını da aparmışdır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, keçmiş gəlini gedərkən qızıl-zinət əşyalarını aparmışdır. Gəlin evdən gedən zaman o, yatılı vəziyyətdə olmuşdur. Yuxudan oyandıqdan sonra bilmişdir ki, gəlin gedib. Keçmiş gəlini evdən gedən gün qızı (gəlinin baldızı) ilə bir otaqda olmuşdur. Qızıl qablarına baxan zaman qızılların yerində olmadığını görmüşdür. Qızının gəlinin qızılları götürməsini görüb-görməməsini bilmir. Qızıllar 1800 manata alınmışdır. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərin vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirdi ki, əgər iddiaçı qızıl əşyalarını özü ilə aparmasaydı, o, Cavabdeh1 barəsində Masallı Rayon Polis şöbəsinə şikayət edən zaman həmin əşyaları da tələb edərdi. Bundan başqa, qızıl-zinət əşyaları 1800 manata alınmışdır. Sonda Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X7 arasında 18 avqust 2022-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində 75 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Bağırov (a) soyadı verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-208/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Masallı Rayon Qeydiyyat şöbəsində 18 avqust 2022-ci il tarixdə bağlanmış, 75 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-281/2023 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən borclu olduqları 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin 2-ci səhifəsində tərəflər izahatları ilə təsdiq etmişlər ki, Məhəmməd və X12 Respublikasına getmələri üçün pul lazım olmuş və bu məqsəd ilə keçmiş gəlinin (hazırki iddiaçının qohumları) 4000 manat pul vermişdilər. X1 (VÖEN **********) tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli rəydə göstərilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi foto və CD-yə DVD aparatı vasitəsilə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar - boyunbağı dəsti (qolbaq, kolye, sırğa və üzük) - 585 əyyarlı, 20 qr, 1800 manat, qolbaq - 585 əyyarlı, 5 qr, 450 manat, üzük nişan - 585 əyyarlı, 3 qr, 270 manat, üzük - 585 əyyarlı, 1.5 qr, 135 manat, cəmi 2655 manat təşkil edir. Fiziki şəxs X10 (VÖEN **********) tərəfindən verilmiş məktubda göstərilir ki, Cavabdeh2 2022-ci ildə “Almaz” qızıl dükanından Allahyarov Ziyafətdən 1800 manat məbləğində qızıl-zinət əşyaları almışdır. Fiziki şəxs X10 (VÖEN **********) tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilir ki, “Almaz” qızıl dükanının satıcısı X3 alğı-satqı qeydiyyat kitabından çıxarışa əsasən aşağıdakı qızı-zinət əşyalarını - 1 ədəd qarnitur dəst (üzük, sırğa, sep, qolbaq) 16.5 qr, 1300 manat, 1 ədəd, üzük 1 qr, 80 mant, 1 ədəd üzük 2.5 qr, 200 manat, 1 ədəd, sep 3 qr, 220 manat, cəmi 1800 manat məbləğində qızıl-zinət əşyalarını 2022-ci ilin iyul ayında Cavabdeh2 satmışdır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 17 manat, mediasiya təşkilatına 105 manat, mütəxəssis rəyi üçün 50 manat pul ödəmişdir. Məhkəmə ilk növbədə iddianın təmin edilməyən - 1170 manat dəyərində “BOSCH KGM36VLEA” modelli soyuducunun və 467 manat dəyərində paltaryuyan maşının qaytarılması və ya onların dəyərinin ödənilməsi ilə bağlı tələbə münasibətdə bildirir ki, həmin məsələ ilə bağlı tərəflərin hər ikisi bildirirlər ki, həmin əmlaklar cehiz əmlaklar olmuş və satılmışdır. Lakin iddiaçı iddia edir ki, əmlakları onun razılığı olmadan satılmış, cavadeh isə bildirir ki, həm əmlaklar ailənin İran İslam Respublikasına getmələrini üçün pul lazım olduğu üçün qarşılıqlı razılıq əsasında satılmışdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə olan halda iddiaçı əmlaklarının onun razılığı olmadan satılmasını sübut etməlidir. Halbuki, iddiaçı bunu sübut edə bilməmişdir. Əmlaklar satıldıqdan sonra da iddiaçı gəlin köçdüyü evdə yaşamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-281/2023 saylı qətnaməsi qanuni qüvvəyə minməsədə həmin qətnamənin 2-ci səhifəsində tərəflər izahatları ilə təsdiq etmişlər ki, Məhəmməd və X12 Respublikasına getmələrini üçün pul lazım olmuş və bu məqsəd ilə keçmiş gəlinin (hazırki iddiaçının qohumları) 4000 manat pul vermişdilər. İşin araşdırılması zamanı müəyyən edilir ki, gənc ailənin İran İslam Respublikasına getmələri üçün pula ehtiyacları olmuşdur. İddiaçı isə əmlaklarının iradəsinə zidd satılmasını sübut edə bilməmişdir. Belə bir vəziyyətdə həmin hissədə iddianın təmin edilməsi o, anlama gələr ki, istənilən şəxs birgə nikah dövründə ailənin ehtiyacını qarşılamaq üçün cehiz əmlaklarının satılmasına razılaşar, nikah pozularkən isə həmin əmlakların iradəsinə zidd şəkildə satılmasını bildirərək, onları tələb edər və bunu hazırki işdə olduğu kimi əmlakının satılmasına etirazının bildirməməsinə səbəb kimi yalnız ixtiyarı olmaması ilə əsaslandırar və bununla məsələ bitmiş olar. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Hər bir halda hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamsının mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə iddianın təmin edilən - tələb edilən qızıl-zinət əşyaları ilə bağlı ilk növbədə bildirir ki, işdə olan sübutlar (tərəflərin izahatları, fotoşəkillər və s.) ilə təsdiq edilir ki, tələb edilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə edilmişdir. Qarşı tərəf iddia edir ki, qızıl-zinət əşyalarını iddiaçı gedərkən özü ilə aparmışdır. Sübutların bögüsü baxımından cavabdeh tərəf həmin halı sübut etməlidir. Həmin hal isə cavabdehlər tərəfindən, həmçinin işin araşdırılması zamanı sübuta yetirilməmişdir. İddiaçının keçmiş əri Cavabdeh1 barəsində Masallı Rayon Polis şöbəsinə şikayət edən zaman həmin əşyaları tələb etməməsi hələ birmənalı şəkildə o, demək deyil ki, hədiyyə şəkilində verilmiş qızıl-zinət əşyalarını gəlin aparmışdır. Əgər bu mövqedən çıxış edilsəydi, gəlin ata evindən gətirdiyi qızıl-zinət əşyalarını, həmçinin sonradan apardığı cehizlərindən bəzilərinin olmamasına görə onları da tələb edərdi. Halbuki, iddiaçı ata evindən gətirdiyi qızıl-zinət əşyaları daim üzərində olduğundan onları gedərkən apardığını, həmçinin sonradan cehiz əmlaklarını da tam şəkildə apardığını bildirir və həmin əmlaklar ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Bundan başqa, hər iki tərəfin bildirmələrinə görə keçmiş gəlin qaynata evini tərk edən gecə baldızı ilə bir otaqda olmuşdular. Gəlin tələb etdiyi qızıl-zinət əşyalarını götürsəydi, bundan baldızının xəbəri olar və bunu evdəki şəxslərə (ata, anasına, qardaşına) bildirərdi. Qarşı tərəf bununla bağlı aparılan araşdırma zamanı yalnız qızının gəlinin qızılları götürməsini görüb-görməməsini bilmədiyini qeyd etmişdir. Məhkəmə tələb edilən qızı-zinət əşyalarının dəyərinin 2655 manat, cavadeh tərəfin isə alınmış qızıl-zinət əşyalarının dəyərinin 1800 manat məbləğində olması barədə mövqeyə münasibətdə bildirir ki, X1 (VÖEN **********) tərəfindən verilmiş 05 dekabr 2022ci il tarixli rəydə göstərilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi foto və CD-yə DVD aparatı vasitəsilə baxış keçirilmiş, qiymətləndirməyə təqdim edilmiş əmlaklar boyunbağı dəsti (qolbaq, kolye, sırğa və üzük) - 585 əyyarlı, 20 qr, 1800 manat, qolbaq - 585 əyyarlı, 5 qr, 450 manat, üzük nişan - 585 əyyarlı, 3 qr, 270 manat, üzük - 585 əyyarlı, 1.5 qr, 135 manat, cəmi 2655 manat təşkil edir. Fiziki şəxs X10 (VÖEN **********) tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilir ki, “Almaz” qızıl dükanının satıcısı X3 alğı-satqı qeydiyyat kitabından çıxarışa əsasən aşağıdakı qızı-zinət əşyalarını - 1 ədəd qarnitur dəst (üzük, sırğa, sep, qolbaq) 16.5 qr, 1300 manat, 1 ədəd, üzük 1 qr, 80 mant, 1 ədəd üzük 2.5 qr, 200 manat, 1 ədəd, sep 3 qr, 220 manat, cəmi 1800 manat məbləğində qızıl-zinət əşyalarını 2022-ci ilin iyul ayında Cavabdeh2 satmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, tələb edilən qızıl-zinət əşyalarının dəyəri 2655 manat qəbul edilməlidir. Belə ki, fiziki şəxs X10 tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilən əşyaların Cavabdeh2 satılmasını, satıldığı təqdirdə onların 1800 mant məbləğində satılmasını təsdiq edən sübut yoxdur. Bununla razılaşmaq o, anlama gələr ki, sanki həmin məktubda ixtiyari əşyaların satılması və onların flan qiymətə satıldığı qeyd edilsəydi, məhkəmə onunla razılaşmalı idi. Əmlakın qiymətləndirilməsinə dair iddiaçının təqdim etdiyi mütəxəssis rəyi isə təqdim edilən fotodakı və CD diskdə olan real görüntülər əsasında qiymətləndirilmiş və qarşı tərəf onun əksini sübut edəcək əsaslı mövqe ortaya qoymamışdır. Məhkəmə qızıl-zinət əşyalarının və ya onların dəyərinin iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edilməsi ilə bağlı bildirir ki, işin mübahisə edilməyən tərəfi ondan ibarətdir ki, keçmiş gəlin qaynata evindən gedən zaman əri Cavabdeh1 İran İslam Respublikasında olmuş və sonradan gəlmişdir. Cavabdeh2 bildirməsinə görə qızıl qablarına baxan zaman qızılların yerində olmadığını görmüşdür. İşin araşdırılması zaman tələb edilən qızılların iddiaçı tərəfindən aparıldığı müəyyən edilməmişdir. Belə vəziyyətdə tələb edilən qızıllar cavabdehlərin sahibliyinə keçmiş və belə bir vəziyyətdə məhkəmə qızıl-zinət əşyalarının və ya onların dəyərinin iş üzrə cavabdehlərdən tələb edilməsini əsaslı hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, iddiaçı mübahisə ilə bağlı 2 dəfə mediasiya prosesindən keçmiş, birinci dəfə tələbi yalnız keçmiş ərinə qarşı yönəltmiş, bununla bağlı 50 manat mediasiya xərci ödəmiş, ikinci dəfə isə tələbi digər cavabdehlərə qarşı da irəli sürmüş və bu zaman 55 manat mediasiya xərci ödəmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, tələbin kimə və ya kimlərə qarşı yönəldilməsinin məsuliyyətini iddiaçı daşıyır və cavabdehlər bir mediasiya xərcinə görə ödənilmiş 55 manat məbləğində pulu ödəməlidirlər. İddia tələbindən görünür ki, iddianın qiymətini - 4292 manat təşkil edir. Buna görə 62,92 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı isə mediasiya xərcindən başqa 17 manat dövlət rüsumu ödəmişdir. İddia qismən - qızıl-zinət əşyaları hissədə təmin edildiyindən və həmin hissədə iddianın qiyməti 2655 manat, ödənilməli dövlət rüsumu 46,55 manat olduğundan, həmin məbləğ ödənilmiş mediasiya xərcindən az olduğundan “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələbi baxımından dövlət rüsumu cavabdehlərdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 55 manat mediasiya xərci və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Dəyəri 1800 manat olan 20 qarmlıq 585 əyyarlı boyunbağı, qolbaq, üzük və sırğadan ibarət kolye dəsti, dəyəri 450 manat olan 5 qarmlıq 585 əyyarlı qolbaq, dəyəri 270 manat olan 3 qarmlıq 585 əyyarlı nişan üzüyü və dəyəri 135 manat olan 1,5 qramlıq 585 əyyarlı üzükdən ibarət qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat və əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinə görə ödənilmiş 50 manat pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev