Məhkəmə qərarları › İş №2(050)-554/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-554/2023

11.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-554/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun, cavabdeh Həsənov Səccad Xanhüseyn oğlunun nümayəndəsi (vəkili) Məmmədov Yunis Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Hüseynova Şəfa Mirzə qızının cavabdehlər Həsənov Səccad Xanhüseyn oğluna, Həsənov Xanhüseyn Hacağa oğluna və Həsənova Nailə Ramazan qızına qarşı qızıl və cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova Şəfa Mirzə qızı cavabdehlər Həsənov Səccad Xanhüseyn oğluna, Həsənov Xanhüseyn Hacağa oğluna və Həsənova Nailə Ramazan qızına qarşı qızıl və cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən yataq dəsti taxt, şfaner, termo, tumba Kamot qiyməti 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jumalni miz, kamot, stol 1 ədəd , 6 ədəd stul mətbəx üçün 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı (kravat), televizorl ədəd, televizor altlığı (bar) 1 ədəd qiyməti 3500 manat, soyuducu 1 ədəd qiyməti 700 manat, plazma televizor 1 ədəd qiyməti 400 manat, kaşmir xalça 2 ədəd qiyməti 300 manat, xalça 2x5 qiyməti 150 manat, xalça 4x3 qiyməti 130 manat, lüstür 1 ədəd qiyməti 70 manat, pərdələr qiyməti 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal qiyməti 1500 manat, kravat şkafı ilə uşaq üçün qiyməti 350 manat, divar saatı 1 ədəd qiyməti 40 manat, Ət çəkən maşm 1 ədəd qiyməti 50 manat, sok çəkən maşın 1 ədəd qiyməti 25 manat, mikser 1 ədəd qiyməti 35 manat, duxovka 1 ədəd qiyməti 90 manat, tozsoran 1 ədəd qiyməti 120 manat, ütü 1 ədəd qiyməti 25 manat, elektrik samovar 1 ədəd qiyməti 35 manat, çaynik 1 ədəd qiyməti 15 manat, çaydan ədəd qiyməti 25 manat, podnis qiyməti 15 manat, qaşıq çəngəl çamadan qiyməti 70 manat, qazan dəsti güllü qiyməti 160 manat, qazan dəsti qiyməti 160 manat, karaca serviz dəsti qiyməti 350 manat, su bakları 24 ədəd iyməti 40 manat, paltar yuyan maşın 1 ədəd qiyməti 400 manat, uşaq üçün yelləncək 1 ədəd qiyməti 150 manat, kasa 12 ədəd qiyməti 44 manat, böyük boşqab 12 ədəd qiyməti 33 manat, salat nimçə 12 ədəd qiyməti 33 manat, dərin boşqab 12 ədəd qiyməti 33 manat, kabab boşqabı 12 ədəd qiyməti 33 manat, stol üstü skater 1 ədəd qiyməti 20 manat, 2 çamadan çxol prastina qiyməti 50 manat, 3 dəst çxol prastina qiyməti 60 manat, dəsmal 12 ədəd qiyməti 50 manat, teşt 1 ədəd 25 manat çuqun ləyən 1 ədəd qiyməti 20 manat, kalçuk ləyən 2 ədəd qiyməti 15 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qəhfədan 2 ədəd qiyməti 30 manat, çuqun vedrə 1 ədəd qiyməti 20 manat, taxt üstlüyü qiyməti 150 manat, kamot üstünə yığılan bəzəyli qablar qiyməti 50 manat, alminium qazan 1 ədəd qiyməti 10 manat, aş süzən 1 ədəd 3 manat, balıq qabı qiyməti 15 manat, çayni serviz dəsti 2 ədəd qiyməti 70 manat, kalonkalı peç 1 ədəd qiyməti 150 manat, balaca peç 1 ədəd qiyməti 50 manat, kabab üçün manqal 1 ədəd qiyməti 40 manat, qazan altlığı 1 ədəd qiyməti 25 manat, dəmir bak qiyməti 10 manat, çörək çıxardan şiş 1 ədəd qiyməti 5 manat, kabab şişi 12 ədəd qiyməti 10 manat əmlaklar. Bundan əlavə qızıl əmlakları olan-sep qolbağı dəsti brilyant qaşlı çəkisi 60 qram qiyməti 3000 manat, saat çəkisi 11 qram qiyməti 500 manat, sırğa üzük dəsti çəkisi 11 qram qiyməti 500 manat, oğlana verilən üzüyü çəkisi 11 qram qiyməti 500 manat və nişan üzüyü çəkisi 10 qram qiyməti 460 manat dəyərində əmlakları və ya onların cəmi dəyəri 16927 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Səccadla nkahlarını qeyd etmədən ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 18 aprel 2014-cü ildə Aysun, 07 iyul 2020-ci ildə Əli adlı iki nəfər uşaqları olmuşdur. Ailədə bir müddət mehriban olmuşlar, sonradan aralarında narazılıqlar olmuşdur və hazırda ayrı-ayrı yaşayırlar. Bundan sonra onun Səccadla bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh Səccad uşaqların saxlanmasında ona heç bir maddi yardım etmir. Cavabdeh Səccad əmlakları ondan alaraq verməmişdir. Dəfələrlə əmlaklarını cavabdehlərdən istəmişdir. Lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də cavabdehlərdən əmlaklarını tələb edir. Tələb etdiyi əmlakları yataq dəsti taxt, şfaner, termo, tumba kamot qiyməti 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jurnal mizi, kamot, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizorl ədəd, televizor altlığı (bar) 1 ədəd qiyməti 3500 manat, soyuducu 1 ədəd qiyməti 700 manat, plazma televizor 1 ədəd qiyməti 400 manat, kaşmir xalça 2 ədəd qiyməti 300 manat, xalça 2x5 qiyməti 150 manat, xalça 4x3 qiyməti 130 manat, lüstür 1 ədəd qiyməti 70 manat, pərdələr qiyməti 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal qiyməti 1500 manat, kravat şkafı ilə uşaq üçün qiyməti 350 manat, divar saatı 1 ədəd qiyməti 40 manat, ət çəkən maşın 1 ədəd qiyməti 50 manat, sok çəkən maşın 1 ədəd qiyməti 25 manat, mikser 1 ədəd qiyməti 35 manat, duxovka 1 ədəd qiyməti 90 manat, tozsoran 1 ədəd qiyməti 120 manat, ütü 1 ədəd qiyməti 25 manat, elektrik samovar 1 ədəd qiyməti 35 manat, çaynik 1 ədəd qiyməti 15 manat, çaydan ədəd qiyməti 25 manat, podnis qiyməti 15 manat, qaşıq çəngəl çamadan qiyməti 70 manat, qazan dəsti güllü qiyməti 160 manat, qazan dəsti qiyməti 160 manat, karaca serviz dəsti qiyməti 350 manat, su bakları 24 ədəd iyməti 40 manat, paltar yuyan maşın 1 ədəd qiyməti 400 manat, uşaq üçün yelləncək 1 ədəd qiyməti 150 manat, kasa 12 ədəd qiyməti 44 manat, böyük boşqab 12 ədəd qiyməti 33 manat, salat nimçə 12 ədəd qiyməti 33 manat, dərin boşqab 12 ədəd qiyməti 33 manat, kabab boşqabı 12 ədəd qiyməti 33 manat, stol üstü skater 1 ədəd qiyməti 20 manat, 2 çamadan çxol prastina qiyməti 50 manat, 3 dəst çxol prastina qiyməti 60 manat, dəsmal 12 ədəd qiyməti 50 manat, teşt 1 ədəd 25 manat çuqun ləyən 1 ədəd qiyməti 20 manat, kalçuk ləyən 2 ədəd qiyməti 15 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd, qəhfədan 2 ədəd qiyməti 30 manat, çuqun vedrə 1 ədəd qiyməti 20 manat, taxt üstlüyü qiyməti 150 manat, kamot üstünə yığılan bəzəyli qablar qiyməti 50 manat, alminium qazan 1 ədəd qiyməti 10 manat, aş süzən 1 ədəd 3 manat, balıq qabı qiyməti 15 manat, çayni serviz dəsti 2 ədəd qiyməti 70 manat, kalonkalı peç 1 ədəd qiyməti 150 manat, balaca peç 1 ədəd qiyməti 50 manat, kabab üçün manqal 1 ədəd qiyməti 40 manat, qazan altlığı 1 ədəd qiyməti 25 manat, dəmir bak qiyməti 10 manat, çörək çıxardan şiş 1 ədəd qiyməti 5 manat, kabab şişi 12 ədəd qiyməti 10 manat əmlakdan ibarətdir. Bundan əlavə qızıl əmlakları-sep qolbağı dəsti brilyant qaşlı çəkisi 60 qram qiyməti 3000 manat, saat çəkisi 11 qram qiyməti 500 manat, sırğa üzük dəsti çəkisi 11 qram qiyməti 500 manat, oğlana verilən üzüyü çəkisi 11 qram qiyməti 500 manat və nişan üzüyü çəkisi 10 qram qiyməti 460 manat məbləğlərdən ibarət olan əmlaklarını tələb edir. Odur ki, qeyd edilən qızıl-zinət əşyaların və cehiz əşyalarının cavabdehlərdən alınaraq ona verilməlidir. Cavabdeh Həsənov Səccad Xanhüseyn oğlunun nümayəndəsi (vəkili) Məmmədov Yunis Məhəmməd oğlu məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək verdiyi izahatında göstərdi ki, iddiaçı tərəfindən qızıllara dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də iddianın həmin hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh Səccad arasında rəsmi nikahları olmamışdır. İddia ərizəsində qeyd edilmiş yataq dəsti, soyuducu, divan, stol, stul, yazı masası, 2 ədəd xalça götürülmüşdür. Bundan əlavə cavabdeh tərəf iddiaçıdan əmlakların götürülməsini istəmişdir. İddiaçı 2-3 dəfə olmaqla evdən küsərək getmiş və getdiyi müddətlər ərzində əmlaklarının bir çox hissəsini götürmüşdür. İddia ərizəsində qeyd edilmiş qızıllar tərəflərin qarşılıqlı razılığı əsasında çox hissəsi pandemiyada satılmışdır. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qızıllar götürülməmişdir. İddiaçı gedərkən yerdə qalan qızılları özü ilə aparmışdır. Belə ki, cavabdeh Səccada bir ədəd nişan üzüyü verlməsinə baxmayaraq iddia ərizəsində iki ədəd nişan üzüyünün verildiyi qeyd edilmişdir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Hüseynova Şəfa Mirzə qızı, digər cavabdehlər Həsənov Xanhüseyn Hacağa oğluna və Həsənova Nailə Ramazan qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Bayram Xanhüseyn oğlu ifadəsində göstərdi ki, iddiaçıya məxsus əmlakların bir hissəsini özünə məxsus avtomobillə iddiaçıya məxsus evə aparmışdır, qardaşı Səccad əlil olmaqla barmaqları yoxdur, ona görə də ümumiyyətlə üzük taxmır. İddiaçı Hüseynova Şəfa Mirzə qızı tərəfindən iddia ərizəsinə əlavə etmək üçün göndərilmiş diskə baxış keçirilməsinə baxmayaraq iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu, qiyməti, çəkisi, cavabdehlərdə olması barədə sübut təqdim edə bilmədiyi və öz dəlillərini əsaslandıra bilmədiyi üçün iddianın qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində sübut növü kimi qəbul edilməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasları barədə məlumatlı olduğu halda heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etməmiş və sübutetmə yükü baxımından qızıl zinət əşyaları tələbi barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh Səccad Hüseynovun nümayəndəsi tərəfindən təqdim edilmiş Pensiya haqqında arayışdan və fotoşəkildən görünür ki, onun əl barmaqları amputasiya olunduğu üçün xx.xx.2007-ci ildən əlilliyə görə pensiya alır və nümayəndəsi bildirdi ki, Səccadın barmaqları olmadığı üçün üzükdən istifadə etmir ona görə də Səccaddan qızıl üzük tələb edilməsi barədə iddiaçının dəlilləri absurddur. Məhkəmə cavabdeh Həsənov Səccad Xanhüseyn oğlunun nümayəndəsi (vəkili) Məmmədov Yunis Məhəmməd oğlunun izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-205/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Hüseynova Şəfa Mirzə qızına məxsus yataq dəsti-taxt, şifoner, tumbalar, 2 ədəd xalça 4x5 metr ölçüdə, soyuducu-“Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarət olan əmlaklar iddiaçı Həsənov Xanhüseyn Hacağa oğluna məxsus Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evindən götürülməsi və Hüseynova Şəfa Mirzə qızına təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh Həsənov Səccad Xanhüseyn oğlu tərəfindən verilmiş etirazın məzmunundan görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi amlaklardan 45 adda yataq dəsti-taxt, şifoner, termo, tumba, kamod 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jurnal mizi, kamod, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün, 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizor altlığı, bar 1 ədəd 3500 manat, soyuducu 1 ədəd 700 manat, plazma televizor 400 manat, kaşmir xalça 2 ədəd 300 manat, xalça 2x5 150 manat, xalça 4x3 130 manat, lüstür 1 ədəd 70 manat, pərdələr 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça 10 ədəd, 6 ədəd adyal 4 ədəd 1500 manat, kravat şkafı ilə uşaq üçün 350 manat, divar saatı 1 ədəd 40 manat, ət çəkən maşın 1 ədəd 50 manat, sok çəkən maşın 1 ədəd 25 manat, mikser 1 ədəd 35 manat, duxovka 1 ədəd 90 manat, tozsoran 1 ədəd 120 manat, elektrik somovar 1 ədəd 35 manat, çaynik 1 ədəd 15 manat, qaşıq çəngəl çomadan 70 manat, qazan dəsti güllü 160 manat 1 ədəd, karaca servis dəsti 350 manat, paltar yuyan maşın 400 manat, uşaq üçün yelləncək 1 ədəd 150 manat, kasa 12 ədəd 44 manat 10 ədədi, böyük boşqab 12 ədəd 33 manat 10 ədədi var, dərin boşqab 12 ədəd 33 manat 10 ədədi var, stol üstü skater 1 ədəd 20 manat, 2 çəmadan çexol prastina 50 manat, teşt 1 ədəd 25 manat, kauçuq ləyən 2 ədəd 15 manat, taxt üstlüyü 150 manat, aş süzən 1 ədəd 3 manat, kolonkalı peç 1 ədəd 150 manat, balaca peç 40 manat, manqal 40 manat, qazan altlığı 25 manat, dəmir bak 10 manat, çörək çıxardan şiş 5 manat, kabab şişi 12 ədəd 4 ədədi var 10 manat, həmçinin iddia ərizəsində qeyd olunan aşağıda göstərilən 18 adda əmlakların bir hissəsi iddiaçı tərəfindən aparılıb və ya iddiaçı onunla yaşadığı 9 il ərzində tələf olmuşdur. Həmin əmlaklar televizor 1 ədəd, ütü 1 ədəd 25 manat, çaydan 25 manat, podnis 15 manat, qazan dəsti 160 manat, bakalları 24 ədəd 40 manat, salat nimçə 12 ədəd 33 manat, kabab boşqabı 12 ədəd 33 manat, 3 ədəd çexol prostina 60 manat, dəsmal 12 ədəd 50 manat, çuqun ləyən 1 ədəd 20 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd nəlbəki 24 ədəd, qəfədan 2 ədəd 300, çuqun vedrə 1 ədəd 20 manat, taxt küpə yığılan bəzəkli qablar 50 manat, aliminium qazan 10 manat, balıq qabı 15 manat, çaynı servis dəsti 2 ədəd 70 manat. İddia ərizəsində göstərdiyi qızıl zinət əşyalarına iddiaçı ilə faktiki ər arvad kimi yaşadıqları müdətdə, xüsusilə pandemiya dövründə həm onun tərəfindən iddiaçıya hədiyyə verilmiş qızıl zinət əşyalarının, həm də iddiaçı tərəfindən verilmiş qızıl zinət əşyalarının bir çox hissəsi satılmış yaşamaqlarının təminatı ödənilmişdir. Qızıl zinət əşyalarının satılmayan hissəsi isə iddiaçının özündə olmuş və o valideynlərinin evinə gedərkən özü ilə aparmışdır. Bundan başqa iddiaçı yaşadıqları evdən iki dəfə acıq edib getmişdir. O birinci dəfə evdən gedəndə valideynlərinin yanında 3 ay yaşamış və 2022-ci ilin oktyabr ayında cavabdehin yanına qayıtmışdır. İddiaçı 3-4 ay ərzində dəfələrlə yaşadıqları evə gələrək, hər dəfə əşyaların bir hissəsini özü ilə aparmışdır. 2022-ci ilin oktyabr ayında 3-4 gün cavabdehlə qaldıqdan sonra özünə məxsus əşyalarının bir hissəsini də özü ilə götürərək getmişdir. Evdən gedərkən iddiaçını heç kim evdən qovmamış, iddiaçını özünün xahişi ilə qardaşı Həsənov Bayram Xanhüseyn oğlu öz avtomobili ilə aparmışdır. Həmin vaxt iddiaçınım evdən apardığı əmlaklar çəkisinə və ölçüsünə görə çətinliklə qardaşının maşınına sığmışdır. Göründüyü kimi iddiaçı özünə məxsus və ya birgə yaşadıqları dövrdə əldə etdikləri əmlakların olmayan hissəsini özü ilə aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş və iddiaçı tərəfindən tələb olunan əşyaların mövcud olması qismən təsdiqini tapmışdır. Belə ki, Masallı rayonu Ləngan kəndində yerləşən evdə tələb olunan əmlaklar qismən vardır. Masallı rayonu Ləngan kəndində yerləşən evdə hazırda olan əşyalar cavabdeh tərəfindən siyahıya alınaraq yataq dəsti-taxt, şifoner, termo, tumba, kamod və ya dəyəri 1500 manat, 2 ədəd qorka, divan, kreslo, jurnalni miz, kamod, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün, 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizor altlığı bar 1 ədəd 3500 manat, soyuducu 1 ədəd 700 manat, plazma televizor və ya dəyəri 400 manat, kaşmir xalça 2 ədəd və ya dəyəri 300 manat, xalça 2x5 və ya dəyəri 150 manat, xalça 4x3 və ya dəyəri 130 manat, lyustr 1 ədəd və ya dəyəri 70 manat, pərdələr və ya dəyəri 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça 10 ədəd, 6 ədəd adyal 4 ədəd və ya dəyəri 1500 manat, kravat şkafı ilə uşaq üçün və ya dəyəri 350 manat, divar saatı 1 ədəd və ya dəyəri 40 manat, ət çəkən maşın 1 ədəd və ya dəyəri 50 manat, sok çəkən maşın 1 ədəd və ya dəyəri 25 manat, mikser 1 ədəd və ya dəyəri 35 manat, duxovka 1 ədəd və ya dəyəri 90 manat, tozsoran 1 ədəd və ya dəyəri 120 manat, elektrik somovar 1 ədəd və ya dəyəri 35 manat, çaynik 1 ədəd və ya dəyəri 15 manat, qaşıq çəngəl çomadan və ya dəyəri 70 manat, qazan dəsti güllü və ya dəyəri 160 manat, 1 ədəd karaca servis dəsti və ya dəyəri 350 manat, paltar yuyan maşın və ya dəyəri 400 manat, uşaq üçün yelləncək 1 ədəd və ya dəyəri 150 manat, kasa 12 ədəd və ya dəyəri 44 manat 10 ədədi var, böyük boşqab 12 ədəd və ya dəyəri 33 manat 10 ədədi var, dərin boşqab 12 ədəd və ya dəyəri 33 manat 10 ədədi var, stol üstü skater 1 ədəd və ya dəyəri 20 manat, 2 çəmədan çexol prastina və ya dəyəri 50 manat, teşt 1 ədəd və ya dəyəri 25 manat, kauçuq ləyən 2 ədəd və ya dəyəri 15 manat, taxt üstlüyü və ya dəyəri 150 manat, aş süzən 1 ədəd və ya dəyəri 3 manat, kolonkalı peç 1 ədəd və ya dəyəri 150 manat, balaca peç və ya dəyəri 40 manat, manqal və ya dəyəri 40 manat, qazan altlığı və ya dəyəri 25 manat, dəmir bak və ya dəyəri 10 manat, şörək çıxardan şiş və ya dəyəri 5 manat, kabab şişi 12 ədəd 4 ədədi var və ya dəyəri 10 manat olması və həmin əşyaların həqiqətən də iddiaçıya məxsus olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin əşyaların iddiaçıya məxsus olması cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə iddianın cavabdehlərə məxsus evdəki əşyaların tələbinə münasibətdə qeyd edir ki, iddiaçının gəlin gələrkən televizor 1 ədəd, ütü 1 ədəd və ya dəyəri 25 manat, çaydan və ya dəyəri 25 manat, podnis və ya dəyəri 15 manat, qazan dəsti və ya dəyəri 160 manat, bakallar 24 ədəd və ya dəyəri 40 manat, salat nimçə 12 ədəd və ya dəyəri 33 manat, kabab boşqabı 12 ədəd və ya dəyəri 33 manat, 3 ədəd çexol prostina və ya dəyəri 60 manat, dəsmal 12 ədəd və ya dəyəri 50 manat, çuqun ləyən 1 ədəd və ya dəyəri 20 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd nəlbəki 24 ədəd, qəfədan 2 ədəd və ya dəyəri 300, çuqun vedrə 1 ədəd və ya dəyəri 20 manat, taxt küpə yığılan bəzəkli qablar və ya dəyəri 50 manat, alıminum qazan və ya dəyəri 10 manat, balıq qabı və ya dəyəri 15 manat, çaynı servis dəstı 2 ədəd və ya dəyəri 70 manat gətirməsi etiraf edilmişdir. Lakin qeyd edilən əmlakların istifadə nəticəsində sıradan çıxmasını da qeyd etmişdir. Daha dəqiq, həmin əşyalar mövcud olmuşdur və mövcudluğu sübut olunan əşyalar iddiaçıya məxsus olmuşdur. Həmin əşyalara münasibətdə iddia təmin edilməli və həmin əşyalar, onlar olmadığı təqdirdə isə onların dəyəri cavabdehlər Həsənov Səccad Xanhüseyn oğlundan, Həsənov Xanhüseyn Hacağa oğlundan və Həsənova Nailə Ramazan qızından müştərək qaydada alınaraq iddiaçı Hüseynova Şəfa Mirzə qızına verilməlidir. Məhkəmə cavbadehin nümayəndəsinin izahatına iddiaçının cavabdehlərdən qızıl əşyalar tələbinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus iddia ərizəsində sadalanan qızıllar iddiaçı ilə cavabdeh Səccadla qarşılıqlı razılığ ilə bir hissəsi satılmış və satışdan əldə edilən vəsait hesabına istehlak məqsədləri üçün xərclənmişdir. Digər qızılları isə iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı qeyd etdiklərini sübut etməlidir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etmir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa cavabdeh Hüseynov Səccada verilən 11 qram çəkidə 500 manat dəyərində üzük və nişan üzüyü hədiyyə olaraq verildiyi üçün həmin əşyaların cavabdehlərdən alınıb iddiaçıya verilməsi əsassız olduğu üçün təmin edilməməlidir, tələb edilən qızıl əmlakları sep qolbağı dəsti brilyant qaşlı çəkisi 60 qram qiyməti 3000 manat, saat çəkisi 11 qram qiyməti 500 manat, sırğa üzük dəsti çəkisi 11 qram qiyməti 500 manat əşyaların cavabdehlərdə qalmasına dair sübut təqdim edilmədiyi üçün həmin hissələrdə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin 2(050)-205/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh Hüseynova Şəfa Mirzə qızına məxsus yataq dəsti taxt, şifoner, tumbalar, 2 ədəd xalça 4x5 metr ölçüdə, soyuducu-“Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarət olan əmlaklar iddiaçı Həsənov Xanhüseyn Hacağa oğluna məxsus Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evindən götürülməsi və Hüseynova Şəfa Mirzə qızına təhvil verilməsi qət edilmişdir. Ona görə də, hazırki iş üzrə həmin əmlakların cavabdehlərdən alınıb iddiaçıya verilməsinə zərurət qalmır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Həsənov Səccad Xanhüseyn oğlundan, Həsənov Xanhüseyn Hacağa oğlundan və Həsənova Nailə Ramazan qızından 2 ədəd qorka, kreslo, jurnal mizi, kamod, stol 1 ədəd, 6 ədəd stul mətbəx üçün, 1 ədəd stol, 6 ədəd stul, tək nəfərlik çarpayı, televizor altlığı 1 ədəd və ya dəyəri 3500 manat, plazma televizor və ya dəyəri 400 manat, kaşmir xalça 2 ədəd və ya dəyəri 300 manat, xalça 2x5 və ya dəyəri 150 manat, xalça 4x3 və ya dəyəri 130 manat, lüstür 1 ədəd və ya dəyəri 70 manat, pərdələr və ya dəyəri 500 manat, yorğan döşək 3 dəst, 6 ədəd balış, 12 ədəd nalça, 6 ədəd adyal və ya dəyəri 1500 manat, çarpayı şkafı ilə uşaq üçün və ya dəyəri 350 manat, divar saatı 1 ədəd və ya dəyəri 40 manat, ətçəkən maşın 1 ədəd və ya dəyəri 50 manat, sokçəkən maşın 1 ədəd və ya dəyəri 25 manat, mikser 1 ədəd və ya dəyəri 35 manat, duxovka 1 ədəd və ya dəyəri 90 manat, tozsoran 1 ədəd və ya dəyəri 120 manat, elektrik somovar 1 ədəd və ya dəyəri 35 manat, çaynik 1 ədəd və ya dəyəri 15 manat, qaşıq çəngəl çomadan və ya dəyəri 70 manat, qazan dəsti güllü və ya dəyəri 160 manat, 1 ədəd karaca servis dəsti və ya dəyəri 350 manat, paltaryuyan maşın və ya dəyəri 400 manat, uşaq üçün yelləncək 1 ədəd və ya dəyəri 150 manat, kasa 12 ədəd və ya dəyəri 44 manat, böyük boşqab 12 ədəd və ya dəyəri 33 manat, dərin boşqab 12 ədəd və ya dəyəri 33 manat, stol üstü skater 1 ədəd və ya dəyəri 20 manat, 2 çamadan çexol prostina və ya dəyəri 50 manat, teşt 1 ədəd və ya dəyəri 25 manat, kauçuq ləyən 2 ədəd və ya dəyəri 15 manat, taxt üstlüyü və ya dəyəri 150 manat, aşsüzən 1 ədəd və ya dəyəri 3 manat, kolonkalı peç 1 ədəd və ya dəyəri 150 manat, balaca peç və ya dəyəri 50 manat, manqal və ya dəyəri 40 manat, qazan altlığı və ya dəyəri 25 manat, dəmir bak və ya dəyəri 10 manat, şörək çıxardan şiş və ya dəyəri 5 manat, kabab şişi 12 ədəd və ya dəyəri 10 manat, ütü 1 ədəd və ya dəyəri 25 manat, çaydan və ya dəyəri 25 manat, podnis və ya dəyəri 15 manat, qazan dəsti və ya dəyəri 160 manat, bakallar 24 ədəd və ya dəyəri 40 manat, salat nimçə 12 ədəd və ya dəyəri 33 manat, kabab boşqabı 12 ədəd və ya dəyəri 33 manat, 3 ədəd çexol prostina və ya dəyəri 60 manat, dəsmal 12 ədəd və ya dəyəri 50 manat, çuqun ləyən 1 ədəd və ya dəyəri 20 manat, armudu stəkan 24 ədəd nəlbəki 24 ədəd, xrustal stəkan 24 ədəd, nəlbəki 24 ədəd və ya onların dəyəri, qəfədan 2 ədəd və ya dəyəri 30 manat, çuqun vedrə 1 ədəd və ya dəyəri 20 manat, taxt küpə yığılan bəzəkli qablar və ya dəyəri 50 manat, kamot üstünə yığılan bəzəkli qablar və ya dəyəri 50 manat, aliminum qazan və ya dəyəri 10 manat, balıq qabı və ya dəyəri 15 manat, çay servis dəsti 2 ədəd və ya dəyəri 70 manat alınaraq iddiaçı Hüseynova Şəfa Mirzə qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar