Məhkəmə qərarları › İş №2(050)-556/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-556/2025

17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-556/2025 17.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2016-cı ildə faktiki və xx.xx.2019-cu ildə Masallı rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı ildə X3 və xx.xx.2017-ci ildə X4 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri qaydasında olsa da, sonradan xarakterlərində fərqli cəhətlər meydana çıxmış, tərəflər nikahın pozulması barədə qərara gəlmiş və könüllü olaraq mediasiyadan keçmişlər. Nəticədə aralarında Barışıq Sazişi bağlanılmışdır. Həmin barışıq sazişinin 5-ci bəndinə görə Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə 898 nömrəli, akt üzrə AZ-İİ №363517 saylı, bağlanmış nikah məhkəmə qaydasında pozulmazdan öncə və nikah pozulduqdan sonra belə, tərəflər arasında daşınar əmlaklar və daşınmaz əmlaklar olan daşınmaz əmlakın reyest nömrəsi **********05 saylı, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndi ərazisində xüsusi mülkiyyət olan 0.10 (ölçüsü hektar) torpaq sahəsi, Ərizəçi adına rəsmiləşdirilmiş və Maraqlı şəxs həmin əmlakın ona düşən payından tam şəkildə imtina edir. Sazişin 6-cı bəndinə görə ünvan 1 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri tərəfindən (**********-05301-093190 nömrəli) çıxarış nömrəsi ********** saylı olan və xx.xx.2023-cü il tarixli Ərizəçi adına rəsmiləşdirilmiş və Maraqlı şəxs həmin əmlakın ona düşən payından tam şəkildə imtina etmişdir. Sazişin 7-ci bəndinə əsasən eyni qaydada, xx.xx.2011-ci il tarixdə “RÖVŞƏN 2000" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış və "xxxx" MMC-nin Direktoru Ərizəçi təyin olunmuş həmin MMC-nin mülkiyyətində olan daşınar əmlak 1 ədəd “Mercedes Benz G55 AMG” minik markalı, ban nömrəsi WDB4632701X173942, dövlət qeydiyyat nömrəsi **-AA-***, 2008-ci il buraxılışlı avtomobillə bağlı Maraqlı şəxs heç tələbi yoxdur. Həmçinin Maraqlı şəxs gələcəkdə birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı Ərizəçi qarşı gələcəkdə də heç bir Məhkəmə iddiası qaldırılmayacağı ilə bağlı öhdəlik götürür bundan başqa Maraqlı şəxs Barışıq Sazişinin 5ci, 6-cı və 7-ci bəndləri ilə Məhkəmədə iddia qaldıracağı təqdirdə həmin iddianın etibarsızlığını təsdiqləyir. İddiaçının tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MSB/2-01273/2024 saylı barışıq sazişinin 5, 6, 7-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, lakin hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təmin edilməsini xahiş etmişlər. Odur ki, məhkəmə işə ərizəmi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını xx.xx.2019-cu il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 898 sayla rəsmiləşdirmişlər. İşdə olan doğum haqqında şəhadətnamələrin surətinlərdən görünür ki, xx.xx.2016-cı ildə X3 və xx.xx.2017-ci ildə X4 adlı uşaqlar doğulmuş, uşaqların atası Ərizəçi, anası isə Maraqlı şəxs qeyd edilmişdir. MSB/2-01273/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli barışıq sazişindən görünür: 1) Tərəflər Ərizəçi və Maraqlı şəxs nikahın davam etdirilməsi ilə bağlı razılığa gələ bilmədilər. Bu səbəbdən tərəflər Ərizəçi və Maraqlı şəxs arasında Masallı rayon Asan xidməti mərkəzi tərəfindən xx.xx.2019-cu il tarxdə 898 nömrəli, akt üzrə AZ-İİ №363517 saylı, bağlanmış nikahın pozulmasına tərəflər etiraz etmirlər və aidiyyəti üzrə Rayon Məhkəməsinə müraciət edə bilərlər. 2) Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış nikah pozulmazdan öncə və Məhkəmə qaydasında pozulduqdan sonra övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 anası Maraqlı şəxs himayəsinə verilməsi və yanında qalmasına ata Ərizəçi heçbir etirazı yoxdur. 3) Ərizəçi övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək minimum aliment ödənişinin ödənilməsinə öhdəlik götürür və Məhkəmə qaydasında qətnamənin çıxardılmasına tərəflərin heçbir etirazı yoxdur. 4) 1-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 ata Ərizəçi ilə görüşmələrinə biryerdə vaxt keçirmələrinə heç bir etirazı yoxdur. Ərizəçi həftənin şənbə və bazar günü olmaqla saat 11:00-dan 17:00-dək öncədən, ana Maraqlı şəxs xəbərdar etdikdən sonra övladları ilə sərbəst şəkildə vaxt keçirdə bilər. 5) Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə 898 nömrəli, akt üzrə AZ- İİ №363517 saylı, bağlanmış nikah Məhkəmə qaydasında pozulmazdan öncə və nikah pozulduqdan sonra da belə, tərəflər arasında daşınar əmlaklar və daşınmaz əmlak olan daşınmaz əmlakın reyest nömrəsi **********05 saylı, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndi ərazisində xüsusi mülkiyyət olan 0.10 (ölçüsü hektar) torpaq sahəsi, Ərizəçi adına rəsmiləşdirilmiş və Maraqlı şəxs həmin əmlakın ona düşən payından tam şəkildə imtina edir. 6) Nərimanov rayonu, Faiq Yusifov küç 83, M16, m6 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri tərəfindən (**********-05301-093190 nömrəli) çıxarış nömrəsi ********** saylı olan və xx.xx.2023-cü il tarixli Ərizəçi adına rəsmiləşdirilmişdir və Maraqlı şəxs həmin əmlakın ona düşən payından tam şəkildə imtina edir. 7) Eyni qaydada, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazrliyi tərəfindən qeydiyyatda alınmış və "xxxx" MMC-nin Direktoru Ərizəçi təyin olunmuş həmin MMC-nin mülkiyyətində olan daşınar əmlak 1 ədəd “Mercedes Benz G55 AMG” minik markalı, ban nömrəsi WDB4632701X173942, dövlət qeydiyyat nörəsi **-AA- ***, 2008-ci il buraxılışlı avtomobillə bağlı Maraqlı şəxs heç bir tələbi yoxdur, həmçinin Maraqlı şəxs gələcəkdə birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı Ərizəçi qarşı gələcəkdə də heç bir Məhkəmə iddiası qaldırılmayacağı ilə bağlı öhdəlik götürür. Bundan başqa Maraqlı şəxs Barışıq Sazişinin 5-ci, 6-cı və 7-ci bəndləri ilə Məhkəmədə iddia qaldıracağı təqdirdə həmin iddianın etibarsızlığını təsdiqləyir . 8) Tərəflər Ərizəçi və Maraqlı şəxs Barışıq Sazişinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərini oxudular və Barışıq Sazişinin doğruluğunu öz imzaları ilə təsdiqləyirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin 5,6,7-ci bəndləri qanuni hesab edilə bilməz. Qeyd edilən bəndlər maraqlı şəxsin və gələcəkdə digər üçüncü şəxslərin hüquq və mənafelərinə zidd gələ, onların qanunla qorunan mülkiyyət hüquqlarından istifadəsinə maneə yarada bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə rədd edilsin. Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MSB/2-01273/2024 saylı barışıq sazişinin 5, 6, 7-ci bəndlərinin təsdiq edilməsi barədə ərizəsindən imtina edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar