Məhkəmə qərarları › İş №2(050)-558/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-558/2025

17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-558/2025 17.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 20 dekabr 2024-cu ildə mediasiya prosesində MŞM/MT036/2024-01071 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 22 noyabr 2008-ci il təvəllüdlü X5, 26 aprel 2010-cu il təvəllüdlü X7, 19 aprel 2012-ci il təvəllüdlü X6, 25 mart 2014-cü il təvəllüdlü X2, 04 iyul 2018-ci il təvəllüdlü X3 və 12 aprel 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 50 manat, altı uşağa görə cəmi 300 manat alimentin mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 22 noyabr 2008-ci ildə X5, 26 aprel 2010-cu ildə X7, 19 aprel 2012-ci ildə X6, 25 mart 2014-cü ildə X2, 04 iyul 2018-ci ildə X3 və 12 aprel 2020-ci ildə X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışdır. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlarına baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdehlə 20 dekabr 2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2023-01071 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh barışıq sazişi bağlayandan onunla belə razılığa gəlmişlər ki, Maraqlı şəxs 6 (altı) nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 50 manat, 6 uşağa görə cəmi 300 manat aliment ödəyəcəkdir. Lakin Şirxan barışıq sazişi imzaladığları vaxtdan bu günə kimi sazişini icra etməkdən yayınmışdır. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2023-01071 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər Ərizəçi və Maraqlı şəxs 27 yanvar 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan 6 övladları dünyaya gəlmişdir. 22 noyabr 2008ci il təvəllüdlü X5, 26 aprel 2010-cu il təvəllüdlü X7, 19 aprel 2012-ci il təvəllüdlü X6, 25 mart 2014-cü il təvəllüdlü X2, 04 iyul 2018-ci il təvəllüdlü X3 və 12 aprel 2020-ci il təvəllüdlü X4. Tərəflər 20 dekabr 2024-cü il tarixdə “Aliment tələbi” ilə könüllü olaraq mediasiyaya müraciət etmişlər. Mediasiya prosesi zamanı tərəflər uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər uşağa 50 (əlli) manat olmaqla, 6 uşağa cəmi 300 (üç yüz) manat məbləğində alimentin müəyyən edilməsinə razılığa gəldilər. 1.1. 22 noyabr 2008-ci il təvəllüdlü X5, 26 aprel 2010-cu il təvəllüdlü X7, 19 aprel 2012-ci il təvəllüdlü X6, 25 mart 2014-cü il təvəllüdlü X2, 04 iyul 2018-ci il təvəllüdlü X3 və 12 aprel 2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar; 1.2. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər uşağa 50 (əlli) manat olmaqla, 6 uşağa cəmi 300 (üç yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. 2. İkinci tərəf Maraqlı şəxs aylıq müəyyən edilmiş aliment məbləğini 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 28-dək nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəfə ödəyəcəyini öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş altı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, cəmi 300 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2023-01071 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “22 noyabr 2008-ci il təvəllüdlü X5, 26 aprel 2010-cu il təvəllüdlü X7, 19 aprel 2012ci il təvəllüdlü X6, 25 mart 2014-cü il təvəllüdlü X2, 04 iyul 2018-ci il təvəllüdlü X3 və 12 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər uşağa 50 (əlli) manat olmaqla, 6 uşağa cəmi 300 (üç yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 20 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2023-01071 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “22 noyabr 2008-ci il təvəllüdlü X5, 26 aprel 2010-cu il təvəllüdlü X7, 19 aprel 2012-ci il təvəllüdlü X6, 25 mart 2014-cü il təvəllüdlü X2, 04 iyul 2018-ci il təvəllüdlü X3 və 12 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs hər uşağa 50 (əlli) manat olmaqla, 6 uşağa cəmi 300 (üç yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar