Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-578/2023 03.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-00145 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2011 ci il avqust ayının 19-da nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 üç övladları olmuşdur. Uşaqları onun yanındadır. xx.xx.2023-ci il tarixdə Maraqlı şəxs ilə mediasiya prosesində MŞL/MT 014/2023-00145 saylı barışıq sazişi bağlamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat sabit pul məbləğində aliment ödəməlidir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İşdə maraqlı olan şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında xx.xx.2011-cü il tarixdə 35 nömrə ilə qeyd edilmiş nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Muxtarov (a) soyadı verilmişdir. doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 anası Ərizəçi, atası Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-00145 nömrəli barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladlarına hər ay hər birinə 100 manat olmaqla üç uşaq üçün 300 manat aliment pulun ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada köçürülmə yolu ilə poçt və ya bank vasitəsilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-00145 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 fevral 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-578/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-578/2023
03.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver