Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-596/2023 06.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış olan xx.xx.2023-cü il MŞL/MT 014/2023-00121 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni Şükürova X1 Əli Fərahim oğlu ilə faktiki nikaha girərək ailə qurmuşdur. Bir müddət yaşadıqdan sonra xasiyyətləri uyğun gəlməmiş və ayrılmışlar. Birgə nikah dövründə xx.xx.2009-cu il təvəllüdlü Maraqlı şəxs Əli oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. O, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-00121 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü Maraqlı şəxs Əli oğlu və xx.xx.2011-ci il təvəllüdlü X3 hər ay yetkinlik yaşına çatana kimi hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşaqa görə 200 (iki yüz) manat aliment ödəməsinə öhdəlik götürmüşdür. Mediasiya prosesində MŞL/MT 014/2023-00121 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə icılasında əriənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Hazırda Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs Əli oğlu 10 iyun 2009-cu ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşdur.Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 12 yanvar 2011-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli, MŞL/MT 014/2023-00121 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra 10 iyun 2009-cu il təvəllüdlü Maraqlı şəxs Əli oğlunun və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinİik yaşına çatana kimi hər ay hər bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 18 yanvar 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 18 yanvar 2023-cü il tarixli, MŞL/MT 014/2023-00121 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 fevral 2023-cü ildən başlayaraq Maraqlı şəxs 10 iyun 2009-cu il təvəllüdlü Maraqlı şəxs Əli oğlunun və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-596/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-596/2023
06.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver