Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-60/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülərək torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: O, Rusiya Federasiyası vətəndaşıdır, lakin Masallı rayonu, Böyük Xocavar kəndində fərdi yaşayış evi vardır və həmin evdə mütəmadi olaraq yaşayır. Onun mülkiyyətində 0.06 ha torpaq sahəsi vardır və yaşadığı ev həmin torpaq sahəsinin 0.016 ha hissəsində yerləşir. Onun torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh tərəfindən zəbt olunmuş, həmin torpaq sahəsindən yol çəkilmiş, daşla hasar hörülmüş və dəmir darvaza qoyulmuşdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz daxil olmuş və nəticədə onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Dəfələrlə cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxarılması və yolun açılması barədə müraciət etsə də, nəticəsi olmamış və hətta yolun sonunda dəmir darvazada qoymuşdur. Odur ki, pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Onun mülkiyyətində olan Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, çəkilmiş hasarın və dəmir darvazanın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, gediş-gəliş yolunun bağlanması, habelə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin qanuni mülkiyyətində olan torpaq sahəsinin 0,0093 ha hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh həmin hissəni çınqıl daşla örtülərək gediş-gəliş yolu kimi istifadə edir. Həmin sahədə dəmir darvaza quraşdırılmışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin yolu ona qaynatası vermişdir. Birinci onun evi tikilib. Sonradan iddiaçı olan qaynının evi tikilib. Qaynatasının sözünə əsasən həmin yoldan ikisi də istifadə etməyə başlamışdır. Onun maddi imkanı yoxdur ki, evinə gələn başqa yolu düzəltdirib istifadə etsin. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Böyük Xocavar kəndində 0,016 ha yaşayış məntəqəsi torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki,
1. Masallı rayonu Böyük Xocavar kəndində **********03-10301 reyestr nömrəli Çıxarışın “X3 sahəsinin planına (cizgisinə) əsasən İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və ikili ətrafı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə naturada sərhəd mərzlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
2. Masallı rayonu Böyük Xocavar kəndində **********03-10301 reyestr nömrəli X2 Torpaq sahəsinin planına (cizgisinə) əsasən İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və tikili ətrafı torpaq sahəsinin müəyyən olunmuş 0.0093 ha (93.3 kv.m) hissəsinin iddiaya görə Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-geliş yoluna çıxış kimi istifadə edildiyi və öz sərhədi üzərində yola çıxış kimi dəmir darvazanın quraşdırıldığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 26 may 2025-ci il tarixli, 10/2301 saylı rəyindən məlum olur ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1077/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Böyük Xocavar kəndində **********03-10301 reyestr nömrəli Çıxarışın “Texniki Pasportunun” Torpaq sahəsinin planına (cizgisinə) əsasən İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və ikili ətrafı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə naturada sərhəd mərzlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1077/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Böyük Xocavar kəndində **********03-10301 reyestr nömrəli Çıxarışın “Texniki Pasportunun” Torpaq sahəsinin planına (cizgisinə) əsasən İddiaçı istifadəsinə verilmiş bələdiyyə mülkiyyətində olan 0.06 ha tikilialtı və tikili ətrafı torpaq sahəsinin müəyyən olunmuş 0.0093 ha (93.3 kv.m) hissəsinin iddiaya görə Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-geliş yoluna çıxış kimi istifadə edildiyi və öz sərhədi üzərində yola çıxış kimi dəmir darvazanın quraşdırıldığı müəyyənləşdirilmişdir. Qeyd: Aparılmış ekspertiza tədqiqqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 100 manat rüsum Vəkil tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonunun Böyük Xocavar kəndində 0.06 ha torpaq sahəsi vardır, buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********03-10301 saylı çıxarış alınmışdır. Hazırda iş üzrə iddiaçı mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini tələb edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, mühəndis-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı mülkiyyətində olan Masallı rayonunun Böyük Xocavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0093 ha (93.3 kv.m) hissəsi Cavabdeh tərəfindən çınqıl daşla örtülərək gediş-geliş yoluna çıxış kimi istifadə edilir və öz sərhədi üzərində yola çıxış kimi dəmir darvaza quraşdırılıb. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində ona məxsus torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsinə və üzərində hasarın çəkilməsi, darvazanın quraşdırılmasına dair göstərilmiş hallar sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0,0093 hektaradək hissəsindən Cavabdeh çıxarılmalı, torpaq sahəsi üzərindəki hasar və darvaza sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməklə üzərindəki gediş-gəliş yolu bağlanmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və 95 manat mütəxəssis rəyinin alınmasına görə rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.0093 hektaradək hissəsindən Cavabdeh çıxarılsın, torpaq sahəsi üzərindəki hasar və darvaza sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməklə üzərindəki gediş-gəliş yolu bağlansın. Cavabdehlər Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova