Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-636/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 04 dekabr 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-02902 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 13 fevral 2011-ci il il təvəllüdlü X4, 19 sentyabr 2016-cı il təvəllüdlü X6 və 14 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2011-cı ildə X4, xx.xx.2016-cı ildə X6 və xx.xx.2021-ci ildə X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Ülfət uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Ülfət ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-02902 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Ülfət barışıq sazişi imzaladığları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-02902 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 13 fevral 2011-ci ildə X4, 19 sentyabr 2016-cı ildə X6 və 14 oktyabr 2021-ci ildə X5 adlı uşaqları anadan olmuşlar. 04 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02902 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 13 fevral 2011-ci il il təvəllüdlü X4, 19 sentyabr 2016-cı il təvəllüdlü X6 və 14 oktyabr 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 100 manat, üç uşaqa görə cəmi 300 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin hesablanması 2023-cü ilin dekabr ayının 10-dan başlamaqla, hər ayın 10-da gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir.Barışıq sazişi 04 dekabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 10 dekabr 2023-cü ildən başlamaqla hər ayın 10-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 04 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02902 nömrəli barışıq sazişi təsdiq edilsin. 13 fevral 2011-ci il il təvəllüdlü X1, 19 sentyabr 2016-cı il təvəllüdlü X3 və 14 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 10 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-636/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-636/2024
08.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver