Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-639/2024 19.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X10 ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞLMTO14/2023-02914 saylı barışıq sazişinin təsdiq edilməsi, X4 xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X10 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə yaşadqları müddətdə xx.xx.2012-cı ildə X6 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən aynlmışlar. Ayrıldıqdan sonra Elnur uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Elnur ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-02914 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, X10 bir nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Elnur barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, X10 ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-02914 saylı banşıq sazişinin təsdiq edilməsi, X4 bir nəfər uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 120 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 arasında 18 sentyabr 2012-ci il tarixdə Masallı RİHB-nin Şərəfə ərazi nümayəndəliyində 25 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şahmarova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 25 avqust 2012-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 25 avqust 2012-ci il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2023cü ildə 694 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02914 nömrəli Barışıq Sazişindən görünür ki, X1 və X7 xx.xx.2012-ci il tarixli nikahın davam etdirilməsinə razı olmadılar. Tərəflər xx.xx.2012-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılmasına razılaşdılar. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi imzaladıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 manat aliment pulunu pulunu anaları X5 ödənilməsinə öhdəlik götürür. Alimentin hesablanması 2023-cu ilin dekabr ayvının 15-dan başlamaqla har ayın 15-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödayacəkdir. İkinci tərəf X11 bu sazisi imzaladıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 anası ilə birgə xarici ölkəyə getməsinə və xarici pasportunun alınmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 15-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 09 yanvar 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 05 dekabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02914 nömrəli barışıq sazişi təsdiq edilsin. 15 dekabr 2023-cü ildən başlayaraq Maraqlı şəxs 25 avqust 2012-ci ildə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-639/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-639/2024
19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver