Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-682/2023 13.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT104/2023cü/MŞL-00108 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 06 fevral 2015-ci il təvəllüdlü X1, 24 mart 2016-cı il təvəllüdlü X2 və 01 aprel 2019-cu il təvəlldülü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 90 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxslə 2014-cü ilin fevral ayının 28-də elə adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşdur. Nikahları isə 30 may 2015-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 06 fevral 2015-ci il təvəllüdlü Quliyev Həsən, 24 mart 2016-cı il təvəllüdlü Quliyev Abbas və 01 aprel 2019-cu il təvəlldülü Quliyev Ramiz adlı üç uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmışdır. Maraqlı şəxs uşaqların saxlanılmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxslə 16 yanvar 2023-cü ildə mediasiya prosesində MŞL/MT104/2023-cü il/ MŞL-00108 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqaların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 90 manat alimentin ona ödənilməli, alimentin köçürülməsi hər ayın 1-də nəğd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini yanvar ayının 16-da imzalamaqla, cari ayın 1-də aliment ödəməli olduğu halda, bunu etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT104/2023cü il/ MŞL-00108 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 30 may 2015-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 390 saylı nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. 06 fevral 2015-ci il təvəllüdlü X1, 24 mart 2016-cı il təvəllüdlü X2 və 01 aprel 2019-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 06 fevral 2015-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 24 mart 2016-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 01 aprel 2019-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli, MŞL/MT104/2023-cü il/MŞL- 00108 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Maraqlı şəxs və Ərizəçi xx.xx.2015-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər 06 fevral 2015-ci il təvəllüdlü X5, 24 mart 2016-cı il təvəllüdlü X6 və 01 aprel 2019-cu il təvəllüdlü X7 anası Ərizəçi yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra 06 fevral 2015-ci il təvəllüdlü X1, 24 mart 2016-cı il təvəllüdlü X2 və 01 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat, üç uşağa görə 270 manat alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 03 fevral 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 16 yanvar 2023-cü il tarixli, MŞL/MT104/2023-cü il/MŞL-00108 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 fevral 2023-cü ildən başlayaraq Maraqlı şəxs 06 fevral 2015-ci il təvəllüdlü X1, 24 mart 2016-cı il təvəllüdlü X2 və 01 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-682/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-682/2023
13.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver