Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-691/2025 24.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat, cəmi 270 manat aliment Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxsla aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 90 manat, cəmi 270 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməmiş və uşaqların saxlanması üçün aliment ödəməmişdir. Nəticədə barışıq sazişinin şərtləri pozulmuşdur. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan: Masallı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(050)-1901/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 12 avqust 2011-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış, 544 saylı nikahın pozulması qət edilmişdir. doğum haqqında şəhadətnamələrdən görünür ki, 06 iyun 2011-ci il təvəllüdlü X4, 14 yanvar 2014-cü il təvəllüdlü X3 və 15 yanvar 2015-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00334 saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə uşaqları X7, X5 və X6 anaları Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 90 (doxsan) manat sabit məbləğdə aliment müəyyən edilir. xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cii il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2024-cü ilin may ayından başlayaraq, gələn hər növbəti ay ərzində hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində alimenti Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin may ayından başalayaraq hər ay ərzində müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00334 saylı barışıq sazişi təsdiq edilsin. 01 may 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs 06 iyun 2011-ci il təvəllüdlü X4, 14 yanvar 2014-cü il təvəllüdlü X3 və 15 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, üç uşağa görə 270 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-691/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-691/2025
24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver