Məhkəmə qərarları › İş №2(050)-694/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-694/2024

26.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-694/2024 26.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfındən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 100 manat, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Nikahını xx.xx.2018-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur olub aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən dekabr ayının 25-dən başlayaraq cavabdeh bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qrumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, lakin alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur və münasib iş yoxdur. Vəziyyəti çox çətindir. İki nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa uşaqlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarınıı nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X7 arasında 12 yanvar 2018-ci il tarixdə Masallı regional ASAN xidmət Mərkəzində Qeydiyyat şöbəsində 17 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Səmədova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, 02 mart 2018-ci ildə X2 anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, 14 avqust 2019-cu ildə X4 anadan olmuşdur. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00366 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər 2016-cı ilin dekabr ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 1 yanvar 2018-ci il tarixdə nikahiannı rəsmiləşdirmişlər. Bu nikahdan iki uşaq doğulmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 adanad olmuşdur. Son dövrlərdə Tərəflər arasındakı ailədaxili münasibətlər korlandığma görə, onlar aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsini həll etmək üçün könüllü olaraq mediasiyaya müraciət etmişlər. 19 yanvar 2023-cü il tarixdə Tərəflərlə mediasiya prosesi keçirildi və Tərəflər nikahın davam etdirilməsi barədə razıhğa gəlmədilər. Lakin uşaqların ananın yanında saxlanılması və aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. Tərəflərin birgə uşaqları X2 və X4 analan Ərizəçi yanında saxlanılması. Uşaqların saxlanması üçün hər bir uşaq üçün 100 (yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. X2 və X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, cari ilin dekabr ayının 25-dən başlayaraq gələn hər növbəti ayının 25-dək, hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment X6 tərəflndən Ərizəçi ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 yanvar 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 19 dekabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00366 nömrəli barışıq sazişi təsdiq edilsin. 25 dekabr 2023-cü ildən başlayaraq Maraqlı şəxs 02 mart 2018-ci il təvəllüdlü X1 və 14 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar