Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-7/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X11, Cavabdeh1, Cavabdeh3 qarşı «qanunsuz tikili olan evin, hasarın, darvazanın sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X11, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarı ilə verilmiş 0.83 hektar torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin evin, hasarın və darvazanın cavabdehlərin hesabına sökülməsi, zəbt olunmuş həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyul tarixli, 34 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 25 fevral 1999-cu ildə 0.83 hektar payı bəlli torpaq sahəsi verilmişdir. (Azərbaycan Respublikası torpaqda mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN 1019 Kod ********). Verilmiş torpaq sahəsi ancaq akt üzərindədir. Belə ki, verilmiş torpaq sahəsi Boradigah qəsəbə sakinləri Cavabdeh2, X13, Cavabdeh1 və Cavabdeh3 və başqaları müxtəlif ölçülərdə onun paybəlli torpaq sahəsini qanunsuz olaraq zəbt edmişlər. Cavabdehlər həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi (işıq) çəkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Hətta Cavabdeh2 onunla qonşuluqda olan paybəlli torpağını alıb özünə ev tikmişdir. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evinə yol, qaz və işıq çəkmişdir. Onların paybəlli torpağının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq sayğacı, qaz sayğacı onun paybəlli torpağında basdırılmış dirəylərdən asılmışdır. Onların paybəlli torpağında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri qeyd etdiyi Cavabdeh2 paybəllisində tikdirdiyi şəxsi evinə, digər qaz xətti isə Cavabdeh3 onun paybəlli torpağında tikdirdiyi şəxsi evinə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaqdan indiyə kimi istifadə edə bilmirlər, 20 ildən artıqdır ki, bu barədə dəfələrlə Rrezidentə, aidiyyəti idarələrə, orqanlara, təşkilatlara yazılı surətdə müraciət etmişdir. Hamısının bir cavabı olub ki, ver məhkəməyə, bu işi məhkəmə aydınlaşdırmalıdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdehlər qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməyi mümkün deyildir. Halbu ki, Konstitusiya və qanunlarda mülkiyyət hüququnu pozan hərəkətlərin yol verilməz olduğu göstərilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyul tarixli, 34 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 25 fevral 1999-cu ildə 0.83 hektar payı bəlli torpaq sahəsi verilmişdir. Belə ki, verilmiş torpaq sahəsi Boradigah qəsəbə sakinləri Cavabdeh2, X13, Cavabdeh1 və Cavabdeh3 və başqaları müxtəlif ölçülərdə onun paybəlli torpaq sahəsini qanunsuz olaraq zəbt edmişlər. Cavabdehlər həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi (işıq) çəkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Hətta Cavabdeh2 onunla qonşuluqda olan paybəlli torpağını alıb özünə ev tikmişdir. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evinə yol, qaz və işıq çəkmişdir. Onların paybəlli torpağının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq sayğacı, qaz sayğacı onun paybəlli torpağında basdırılmış dirəylərdən asılmışdır. Onların paybəlli torpağında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri yuxarıda qeyd etdiyi, Cavabdeh2 paybəllisində tikdirdiyi şəxsi evinə, digər qaz xətti isə Cavabdeh3 onun paybəlli torpağında tikdirdiyi şəxsi evinə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaqdan indiyə kimi istifadə edə bilmirlər, 20 ildən artıqdır ki, bu barədə dəfələrlə Rrezidentə, aidiyyəti idarələrə, orqanlara, təşkilatlara yazılı surətdə müraciət etmişdir, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdehlər qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır, cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməyi mümkün deyildir. Ona görə də, iddianın təmin olunması cavabdehlər Cavabdeh2, X13, Cavabdeh1, Cavabdeh3 tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılmaları, qanunsuz tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə İddiaçı, X2, X3, X7, X8, X12 və X4 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1681/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Boradigah qəsəbəsi ərazisində JN- 1019 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Cavabdehlər X9 və Cavabdeh1 müvafiq olaraq faktiki istifadə etdiyi, fiziki sərhədləri olmayan tikilisiz ərazi kimi plana alınmış 0,16 hektaradək və 0,07 hektaradək, Cavabdeh3 isə faktiki istifadə etdiyi, tikilialtı və tikiliətrafı hasarlanmış ərazi kimi plana alınmış 0,11 hektaradək torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mübahisələndirilən 1019 nömrəli 0,83 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Cavabdeh2 faktiki istifadəsində olan ərazinin 1019 nömrəli 0,83 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3253 saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 1681/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Boradigah qəsəbəsi ərazisində JN- 1019 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1681/2023 saylı mütəxəssis rəyinə və yerquruluşu planına əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mübahisələndirilən 1019 nömrəli 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 hektaradək hissəsinin Cavabdeh1, 0,16 hektaradək hissəsinin X13, 0,11 hektaradək hissəsinin Cavabdeh3 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Digər Cavabdeh2 faktiki istifadəsində olan ərazinin 1019 nömrəli 0,83 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-1644/2024 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin hüdudları daxilində Cavabdeh2 məxsus sanitar qovşaq, İddiaçı məxsus fərdi yaşayış evi mövuddur. Rəyə əlavə olunmuş yerquruluşu planında həmin tikililər göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya nömrəli pay torpaq sahəsi mübahisəli ərazidə yerləşmədiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2997 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Fuad Mirzəyevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-1644/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin hüdudları daxilində Cavabdeh2 məxsus sanitar qovşaq, Cavabdeh3 məxsus fərdi yaşayış mövcuddur. Rəyə əlavə edilmiş yerquruluşu planında həmin tikililər göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya nömrəli pay torpaq sahəsi mübahisəli ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Sirac Abdullayev izahatında göstərdi ki, 03 aprel 2024-cü il tarixli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin hüdudları daxilində İddiaçı məxsus deyil Cavabdeh3 məxsus fərdi yaşayış evi mövcuddur kimi qəbul edilməlidir, texniki səhv olaraq İddiaçı məxsus fərdi yaşayış evi mövcuddur yazılmışdır, həmin halın texniki səhv olmasının nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 03 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu Planında da iddiaçının iddia etdiyi kimi mübahisəli torpaq sahəsində Cavabdeh3 faktiki istifadəsində olan 1147 kv.metr torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə tərəflərin və mütəxəssislərin iştirakı ilə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.83 ha torpaq sahəsinin ekspert rəyində göstərilmiş cavabdehlər X13 tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar, Cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsinin olması, JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində Cavabdeh3 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasarın mövcud olması müəyyən edilmişdir. Yerli baxış zamanı Cavabdeh2 məxsus sanitar qovşağın İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.83 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2997 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə iddianın qismən əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuş və mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilir. Qeyd olunanlar yekun olaraq onu deməyə əsas verir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi digər şəxsin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin cavabdehlər X13 tərəfindən faktiki istifadə etdiyi 0,16 hektar və Cavabdeh1 Mahşalla oğlu tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsindən çıxarılmalıdırlar, JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh3 tərəfindən öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. İddia Cavabdeh2 qarşı təmin edilməməlidir. Ona görə ki, mütəxəssis rəyi və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh2 aid olan sanitar qovşaq iddiaçıya və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bu hal işə əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu Planı və mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh2, X5, Cavabdeh1h oğlundan, Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı X10 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat və 95 manat olmaqla, cəmi 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehlərə aid edilməli və ondan tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş cavabdeh X13 tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar sahəsindən, Cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsindən çıxarılsınlar. JN-1019 kod 80503016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh3 tərəfindən öz hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin. İddia Cavabdeh2 qarşı təmin edilməsin. Cavabdehlər X5, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdehlər X5, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və 95 manat olmaqla, cəmi 190 (bir yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-7/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-7/2024
13.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver