Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-705/2023 16.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞİH-14654 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşağa görə 100 manat olmaqla dörd uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2006-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladlar - xx.xx.2005ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Ayrılmışlar, uşaqları onun himayəsindədir. Ayrıldıqları vaxt cavabdeh ilə uşaqların saxlanılması ilə bağlı razılığa gəlmişlər və bir müddət o, uşaqların saxlanılmasında ona köməklik etmişdir. Lakin sonradan cavabdeh aralarında olan razılığı pozduğundan aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən cavabdeh uşaqların yetkinlik yaşmaq çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla 4 uşağa görə 400 manat aliment ödəmək, alimentin ödənilməsinə hər ayın 1-dən başlayaraq ödəmək barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyini yerinə yetirməyərək, alimenti ödəməmişdir. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etmişdir. İşləmir, gəliri yoxdur. Azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə bilmir. Cavabdeh uşaqlarına baxmağa, onlara qayğı göstərməyə, onların maddi tələbatlarını təmin etməyə borcludur. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 anası Ərizəçi qız, atası Maraqlı şəxsdur. xx.xx.2022-ci il tarixli, MŞİH-14654 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, dörd uşağa görə 400 manat aliment pulunun Ərizəçi ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2022-ci il tarixli, 2(050)-1300/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında 03 mart 2006-cı il tarixdə Masallı rayon Yeyənkənd ərazi nümayəndəliyində 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 31 avqust 2005-ci il təvəllüdlü X5, 01 aprel 2007-ci il təvəllüdlü X6, 27 noyabr 2009-cu il təvəllüdlü X7 və 03 dekabr 2018-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nikah xx.xx.2006-ci ildə bağlanmışdır. Ərizəçinin övladlarından xx.xx.2005-ci il təvəllüdlü X3 münasibətdə atalıq müəyyən olunmamışdır. Belə olan halda atalığı müəyyən olunmayan uşağa görə Maraqlı şəxs alimentin tutulması ilə bağlı bağlanmış barışıq sazişi qanuna ziddir və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Barışıq sazişinin alimentlə bağlı qalan hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentlə bağlı digər hissəsi qanuni şəkildə bağlanmış, həmçinin saziş həmin hissədə hər hansı şəxsin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 1-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 fevral 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2022-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞİH-14654 saylı barışıq sazişi qismən təsdiq edilsin. 01 aprel 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq görə 100 manat olmaqla 3 uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. xx.xx.2022-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞİH-14654 saylı barışıq sazişinin - 01 aprel 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-705/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-705/2023
16.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver